Azərbaycan xalqı niyə aqressivdir?

Azərbaycan xalqı niyə aqressivdir?
08.07.2026 16:35

İnsanlar nə qədər səbirli və istiqanlı olsa da, gündəlik həyatın elə xırda detallar var ki, bir anda ən sakit adamı belə özündən çıxara bilir. Adi bir anlaşılmazlıqdan doğan böyük davalar, sükan arxasında əsəbini cilovlaya bilməyən sürücülər və virtual məkanda ən kiçik tənqidə sərt reaksiya verən istifadəçilər artıq gündəlik reallığın bir hissəsidir.

TodayPress TV-nin araşdırmasına görə, vətəndaşların psixoloji gərginliyinə və narazılığına səbəb olan amillər sırasına həm infrastruktur problemləri, həm də bəzi sosial-məişət vərdişləri daxildir.

Şübhəsiz ki, nəqliyyat problemi ilk pillələrdədir. Paytaxt Bakıda xüsusilə pik saatlarda yaranan kilometrlərlə tıxac, avtobusların qrafikdən gecikməsi və metro stansiyalarındakı sərnişin sıxlığı əhalinin əsəb sisteminə mənfi təsir edən ən böyük amildir. Bundan başqa, avtobus idarə edən bəzi sürücülərin sərnişinlərlə kobud rəftarı və salon daxilindəki sıxlıq zamanı yaranan mübahisələr narazılığı daha da artırır.

İqtisadi gərginlik insanların psixoloji durumuna birbaşa təsir edən ən böyük amildir. Qiymət artımı, gündəlik tələbat mallarının bahalaşması və gəlirlərin bu xərcləri qarşılamaqda çətinlik çəkməsi vətəndaşlarda daimi bir dolanışıq qayğısı yaradır.

Bununla yanaşı istehlakçıların hüquqlarının pozulmasıdır. Ən çox rast gəlinəni rəfdəki qiymətlərlə kassadakı ödənişin üst-üstə düşməməsidir. Vətəndaşlar endirimdə olduğunu düşündükləri məhsulun kassada köhnə qiymətlə hesablanmasından şikayətçidirlər. Digər bir narahatlıq mövzusu isə kiçik qalıq pulların (qəpiklərin) qaytarılmaması və ya əvəzində saqqız, kibrit çöpü və ya plastik torbanın təklif edilməsidir.

İnsanların növbədə gözləməsi də ayrı dərddir. Bank, poçt, klinika və digər kütləvi xidmət məkanlarında növbə gözləyən vətəndaşları ən çox əsəbiləşdirən məqam bəzi şəxslərin "bircə kəlmə söz soruşuram" bəhanəsi ilə növbədənkənar pəncərələrə yaxınlaşmasıdır. Bu cür hallar xidmət prosesini ləngidir və digər müştərilər arasında haqlı narazılığa, bəzən isə ciddi münaqişələrə yol açır.

Azərbaycan gənclərinə verilən suallar isə ayrı əsəb və yoran məqamlardandır. Gənclərin iş tapması, maaş miqdarı, ailə qurması və ya övlad sahibi olması ilə bağlı mütəmadi verilən və bəzən təzyiq xarakteri daşıyan suallar gündəlik həyatda ciddi diskomfort yaradan amillər sırasındadır.

Bunlar demək olar ki, hamının başına gələn hadisələrdir. Ancaq bu siyahını artırmaq da mümkündür: ailə münaqişəsi, işdə bullinq, hər hansı yarışda ədalətsizlik və başqaları.

Əsəb isə daha sonra insan sağlamlığına öz fəsadlarını göstərir. Bu səbəbdən bunu nəzarətdə saxlamaq vacibdir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
08 июля 2026
ABŞ-dən Suriyaya illər sonra gözlənilməz addım 18:36 Zelenski Moskvaya niyə getməyəcəyini elə izah etdi ki… - VİDEO 18:29 Tramp: Azərbaycan və Ermənistan kimi Rusiya və Ukraynanı da barışdıracam 18:20 Tramp Zelenskini Putin adlandırdı - VİDEO 18:09 PP-19-01 Vityaz: Xüsusi təyinatlı qüvvələrin etibarlı dostu 18:02 NATO sammiti gələn il harda keçiriləcək ? 17:59 "Real"ın müdafiəçisi Fran Qarsiya "Betis"ə keçməyə yaxındır 17:29 Трамп: Сегодня ночью я снова нанесу по Ирану жёсткий удар 17:15 İranın Bəhreynə dəhşətli zərbəsi: Darmadağın etdi - VİDEO 17:07 Tramp niyə məhz Türkiyədən İrana hücum əmri verdi ? 16:56 Ərdoğan və Makron Ankarada görüşdü 16:54 Azərbaycan xalqı niyə aqressivdir? 16:35 Ормуз встал костью в горле США и Ирана 16:26 Balakəndə 43 yaşlı kişini sel apardığı ehtimal edilir 16:22 Rusiya hücumları davam etdirir: Kiyevi "tüstü sütunları" bürüdü 16:14 СРОЧНО! Задержан председатель организации YAP 16:08 ABŞ-nin İrana endirdiyi zərbələrin görüntüləri yayıldı - VİDEO 16:04 İran səfiri Azərbaycandakı "İsrail iddiaları" və Naxçıvan insidentindən danışdı 16:00 XİN rəhbərinin iki müavininə səfir rütbəsi verildi 15:52 Təhsil naziri Atatürkün gününü dərslikdən sildi – Tarixçi üsyan etdi 15:33 Президент присвоил этим лицам дипломатические ранги - РАСПОРЯЖЕНИЕ 15:31 "İmişli" 19 yaşlı futbolçu ilə müqavilə imzaladı 15:28 Azərbaycanın yeni qırıcıları ilk dəfə genişmiqyaslı təlimdə boy göstərdi 15:26 Скончался академик Аждар Меджидов 15:11 Иран бросил камень в спящий вулкан в Йемене – грядёт новое противостояние 14:50 Все новости