Təhsil naziri Atatürkün gününü dərslikdən sildi – Tarixçi üsyan etdi

Təhsil naziri Atatürkün gününü dərslikdən sildi – Tarixçi üsyan etdi
08.07.2026 15:40

Türkiyədə yeni tədris proqramında (kurikulumda) “Qurtuluş Müharibəsi” ifadəsinin əvəzinə “Milli Mübarizə” anlayışından istifadə olunacaq.

Bu barədə Türkiyənin milli təhsil naziri Yusuf Tekin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatları ilə keçirdiyi görüşdə yeni tədris proqramı barədə məlumat verərkən deyib.

"Nədən qurtuluruq? Ondan əvvəl nəhəng Osmanlı İmperiyası var idi", – deyə Tekin bildirib.

Maraqlıdır, bu addım tarixi cəhətdən necə qiymətləndirilir?


Məsələ ilə bağlı TodayPress TV-yə danışan tarixçi Zaur Əliyev bildirib ki, Türkiyədə Atatürk dövrünə aid tarixi faktları və hadisələri silməyə yönələn cəhdlər yeni deyil. Dəfələrlə bu cür təkliflər irəli sürülüb, onun formalaşdırdığı terminologiya və narrativləri zəiflətmək üçün müxtəlif addımlar atılıb:

“AKP hökumətinin Atatürkə qarşı tutduğu mövqe də başadüşülən deyil. Sanki Türkiyəni böyük dövlətlərin parçalanmasından Mustafa Kamal Atatürk yox, Rəcəb Tayyib Ərdoğan xilas edib. Azərbaycanda Məhəmməd Əmin Rəsulzadəyə münasibətlə bağlı müşahidə olunan yanaşmanın bənzəri bu gün Türkiyədə Atatürkə qarşı sərgilənir. Sanki oxşar ssenaridir”.

Tarixçi düşünür ki, bu qərarın məqsədi Atatürkün fəaliyyətini və apardığı mübarizənin nəticələrini arxa plana keçirməkdir. Məntiq isə gənc nəsli tarixin "rasionallaşdırılması" adı altında onun faktoloji və emosional reallığından uzaqlaşdırmaqdır:

“Tarixi şəxsiyyətlərin rolunun yeni terminologiya çərçivəsində yenidən ideoloji tərəfkeşliklə qiymətləndirilməsi təhlükəsini Türkiyədə siyasi hakimiyyət özü yaradır. "Qurtuluş Müharibəsi" ifadəsi birbaşa Mustafa Kamal Atatürkün liderliyi, onun hərbi dühası və darmadağın olmuş ordunu yenidən ayağa qaldıraraq qazandığı qələbə ilə assosiasiya olunur. "Müharibə" termininin arxa plana keçirilməsi isə bu hərbi zəfərin mərkəzində dayanan Atatürkü simvolik olaraq müəyyən qədər kölgədə qoya bilər”.

Zaur Əliyev terminologiyanın dəyişdirilməsinin tarix elmi baxımından böyük bir yenilik olmadığını diqqətə çatdırıb:

“Çünki hər iki termin onilliklərdir akademik ədəbiyyatda paralel şəkildə işlədilir. Məsələn, rəsmi sənədlərdə "Millî Mücadele dönemi" ifadəsinə tez-tez rast gəlinir. Termin dəyişikliyi tarixi reallığı və baş vermiş faktları dəyişmir. Ancaq əgər bu dəyişiklik keçmişin inkarına, tarixi şəxsiyyətlərin və hadisələrin ideoloji təsnifatına gətirib çıxarırsa, o zaman buna tənqidi yanaşmaq zəruridir. Əsas məsələ dərsliklərin üz qabığında yazılan adlar deyil, Atatürkün dünya tarixinə və Türk dünyasına bəxş etdiyi müasir Türkiyədir”.

Qiymət Mahir

XƏBƏR LENTİ
08 IYUL 2026
"Real"ın müdafiəçisi Fran Qarsiya "Betis"ə keçməyə yaxındır 17:29 Tramp: Bu gecə İranı yenidən sərt vuracağam 17:15 İranın Bəhreynə dəhşətli zərbəsi: Darmadağın etdi - VİDEO 17:07 Tramp niyə məhz Türkiyədən İrana hücum əmri verdi ? 16:56 Ərdoğan və Makron Ankarada görüşdü 16:54 Azərbaycan xalqı niyə aqressivdir? 16:35 Hörmüz ABŞ və İranın boğazında qalıb 16:26 Balakəndə 43 yaşlı kişini sel apardığı ehtimal edilir 16:22 Rusiya hücumları davam etdirir: Kiyevi "tüstü sütunları" bürüdü 16:14 SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı 16:08 ABŞ-nin İrana endirdiyi zərbələrin görüntüləri yayıldı - VİDEO 16:04 İran səfiri Azərbaycandakı "İsrail iddiaları" və Naxçıvan insidentindən danışdı 16:00 XİN rəhbərinin iki müavininə səfir rütbəsi verildi 15:52 Təhsil naziri Atatürkün gününü dərslikdən sildi – Tarixçi üsyan etdi 15:33 Prezident bu şəxslərə diplomatik rütbə verdi - SƏRƏNCAM 15:31 "İmişli" 19 yaşlı futbolçu ilə müqavilə imzaladı 15:28 Azərbaycanın yeni qırıcıları ilk dəfə genişmiqyaslı təlimdə boy göstərdi 15:26 Akademik Əjdər Məcidov vəfat etdi 15:11 İran Yəməndə yatmış vulkana daş atdı - yeni qarşıdurma gəlir 14:50 Qoyun-quzunu limuzində daşımalıdırlar? - İqtisadçı AQTA-nı yıxıb sürüdü 14:48 Müdafiə naziri komandanları təltif etdi - FOTO 14:45 Pit Heqset İsrailə səfərini ləğv etdi - SƏBƏB? 14:32 Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı 14:25 "Atatürk" dünən NATO sammitində idi - Ərdoğan Atatürkün Yeniçəri mesajını yenilədi 14:21 "Onları Rusiyadan qorumaq üçün 1 trilyon xərclədik..." 14:18 Bütün Xəbərlər