Tramp: Azərbaycan və Ermənistan kimi Rusiya və Ukraynanı da barışdıracam
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında da Azərbaycan və Ermənistan arasında olduğu kimi sülh razılaşmasının əldə edilə biləcəyinə inandığını bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə Ankarada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı danışıb.
“Düşünürəm ki, razılaşma əldə olunacaq. Biz artıq bir sıra sazişlərə nail ola bilmişik”, - deyə Tramp bildirib.
ABŞ lideri nümunə kimi Azərbaycan və Ermənistan arasında 32 il davam edən münaqişəni göstərərək, onun nizamlanmasına nail olduqlarını iddia edib.
Tramp əlavə edib ki, ümumilikdə səkkiz münaqişənin həllinə töhfə veriblər.
Rusiya ilə Ukrayna arasında mümkün razılaşmanın nə vaxt əldə oluna biləcəyi ilə bağlı suala cavabında isə Tramp konkret vaxt çərçivəsinin olmadığını vurğulayıb.
“Burada son tarix müəyyən etmək qeyri-mümkündür”, - deyə o qeyd edib.
Kübra Musayeva