Azərbaycan-Gürcüstan qatarında bilet tapılmır - Bəs onlar necə ala bilir?

Azərbaycan-Gürcüstan qatarında bilet tapılmır - Bəs onlar necə ala bilir?
23.06.2026 14:29

Son aylarda Tbilisidən Bakıya qayıdış qatar biletlərinin tapılmaması ilə bağlı sərnişinlərin narazılığı artır. Vətəndaşlar həm onlayn satış platformalarında, həm də kassalarda bilet əldə etməkdə çətinlik çəkdiklərini bildirirlər. Eyni zamanda bəzi turizm şirkətlərinin həmin istiqamət üzrə tur paketləri və ya ayrıca qayıdış biletləri təklif etməsi ictimaiyyətdə suallar doğurur.

Məsələ ilə bağlı DAİR-in sədri, turizm eksperti Samir Dübəndi TodayPress TV-yə bildirib ki, Tbilisi-Bakı istiqamətində bilet qıtlığı artıq bir müddətdir müşahidə olunur.


“Biletlər tapılmır. Satışa çıxan kimi, demək olar ki, bu istiqamətdə bilet əldə etmək mümkün olmur. İnsanlar satışın ilk dəqiqələrindən sonra belə bilet tapa bilmədiklərini deyirlər. Bu isə təbii olaraq suallar yaradır. Turagentlərin satışda görünməyən biletləri əldə etməsində qeyri-adi heç nə yoxdur və bu, beynəlxalq turizm praktikasında geniş tətbiq olunan mexanizmdir. Turagentlərin iş prinsipi ondan ibarətdir ki, onlar müxtəlif turizm məhsulları satırlar və həmin məhsulların tərkibində nəqliyyat xidməti də olur. Bizim danışdığımız halda bu, dəmir yolu nəqliyyatıdır. Turagentlər əvvəlcədən müəyyən sayda biletləri bron edir və sonradan həmin biletləri tur paketlərinin tərkibində turistlərə təqdim edirlər. Bu, tamamilə normal və geniş yayılmış təcrübədir".

Ekspertin fikrincə, əsas problem turagentlərin bilet alması deyil, bunun açıq satış bazarına təsir edib-etməməsidir:

"Əgər turagentlər biletləri aldıqları üçün açıq satışda bilet qalmırsa, bu, artıq müəyyən suallar yaradır. Bu vəziyyət bir qədər təəccüblü görünür. Mən hesab edirəm ki, burada sistemdə müəyyən boşluq mövcuddur. Yəni dəmir yolu nəqliyyatında bilet satışı mexanizmində hansısa zəiflik var və bu məsələ mütləq şəkildə tənzimlənməlidir".

Onun sözlərinə görə, bilet satışı mexanizmi elə qurulmalıdır ki, həm adi sərnişinlər, həm də turizm şirkətləri üçün balans qorunsun:

"Gələcəkdə elə bir sistem qurulmalıdır ki, açıq satışda kifayət qədər bilet olsun. Eyni zamanda turizm şirkətləri də öz fəaliyyətlərini normal şəkildə davam etdirə və bu biletlərdən istifadə edə bilsinlər. Burada hər iki tərəfin maraqları nəzərə alınmalıdır. Qiymət fərqi məsələsi də yarana bilər. Ola bilsin ki, sistem tam qaydasına düşənə qədər müəyyən səhvlər və ya anlaşılmazlıqlar baş verib. Nəticədə biletlər kütləvi şəkildə alınıb və sonradan bazarda fərqli vəziyyət yaranıb. Bu cür halları da istisna etmək olmaz".

Turizm eksperti hesab edir ki, hazırda müşahidə olunan mənzərə bilet satış mexanizmindəki problemlərin nəticəsidir.

"Mənim fikrim dəyişmir. Bir daha vurğulamaq istəyirəm ki, bilet satışı sistemində müəyyən zəiflik mövcud olub. Hazırda gördüyümüz vəziyyət də məhz bunun nəticəsidir. Hesab edirəm ki, bu məsələ diqqətlə araşdırılmalı və gələcəkdə oxşar problemlərin qarşısını almaq üçün mexanizmlər təkmilləşdirilməlidir", – deyə Samir Dübəndi əlavə edib.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçında dördüncü QOL - YENİLƏNDİ - VİDEO 20:08 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 Naxçıvanda 131 otaqlı mehmanxana tikilir: Prezident təməlini qoydu 21:42 İsrail və Venesueladan 17 il sonra İLK 21:39 Ali Baş Komandan Naxçıvanda: Yeni komando hissələrinə Döyüş bayraqları verildi 21:28 Gürcüstan Rusiyaya şərt qoydu: Bunu etməsəniz… - YENİ GƏRGİNLİK 21:22 Ukraynanın zərbələrindən sonra Rusiyanın neft ixracı iflic oldu - RƏQƏMLƏR 21:09 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq 20:57 İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ 20:16 Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir 20:36 Metro sərnişinlərinə ŞAD XƏBƏR! “Dərnəgül”də yenilik 20:27 Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR! Nəticələr açıqlandı 20:20 İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu 20:01 Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu 19:55 İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət etdi 19:46 Bulvarda dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 19:34 Putin Trampa şayba göndərdi 19:26 Prezident və xanımı Naxçıvandadır - VİDEO 19:14 745 milyon dollarlıq raket sifarişi: ABŞ nəyə hazırlaşır? 19:07 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər 18:59 Gəncədə yol keçmək istəyən iki nəfəri avtomobil vurdu 18:45 Все новости