Ukraynanın zərbələrindən sonra Rusiyanın neft ixracı iflic oldu - RƏQƏMLƏR
Rusiyanın neft ixracı son aylarda ən aşağı səviyyəyə enib.
TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, iyulun 13-dən avqustun 9-dək olan dörd həftə ərzində Rusiyanın xam neft ixracı sutkada 3,71 milyon barelə düşüb. Bu, may ayından bəri qeydə alınan ən aşağı göstəricidir.
Agentlik bildirir ki, Ukraynanın Rusiyanın neft emalı zavodlarına (NEZ) endirdiyi zərbələr və zavodların fəaliyyətini dayandırması fonunda Rusiya daha çox neft ixrac etməyə məcbur olub. İyunun sonu - iyulun əvvəllərində ixrac həcmi sutkada 4,25 milyon barelə qədər yüksəlib.
Lakin iyulun ikinci yarısında Ukraynanın diqqətini tankerlərə və neft anbarlarına yönəltməsi Rusiyanın neft emalı zavodlarına təmir işləri aparmaq üçün qısa müddətli imkan yaradıb. Nəticədə zavodlarda emal həcmi artıb və bu da neft ixracının azalmasına səbəb ola bilər.
“Bloomberg” hesab edir ki, “yelləncək yenidən əks istiqamətə hərəkət etmiş ola bilər”. Çünki avqust ayında Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri yenidən bərpa edib.
Kübra Musayeva