Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ

Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ
11.08.2026 20:41

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər.

TodayPress TV xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev mərkəzdə yaradılmış şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, bu mərkəzdə əhaliyə 164 sosial xidmət göstəriləcək. Ümumilikdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərəcəyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.

Bütün xidmətlər "Bir pəncərə" prinsipi əsasında təşkil olunub və Naxçıvan sakinlərinə rahat, operativ və əlçatan şəkildə təqdim ediləcək. Bu yanaşma müxtəlif sosial istiqamətlər – pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığagötürmə və digər sosial xidmətlərin vahid məkanda, şəffaf formada göstərilməsinə imkan yaradır.

Əlilliyi olan şəxslərin mərkəzdə tibbi-sosial ekspertizası, onların fərdi ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı, eyni zamanda, reabilitasiya xidmətlərindən yararlanmaları üçün ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlərin rəsmiləşdirilməsi də icra ediləcək.

Dövlətimizin başçısı və birinci xanım qabaqcıl beynəlxalq istehsalçı şirkətlərin məhsulları olan protezlərə də baxdılar. Bu protezlər istifadəçilərə təbii fizioloji, sərbəst və təhlükəsiz hərəkət, müxtəlif səth və sürətlərə uyğunlaşma, həmçinin sosial həyata və əmək fəaliyyətinə daha sürətli inteqrasiya imkanı yaradır. İndiyədək 500-dən çox hərbçiyə 620 yüksək texnologiyalı protez təqdim olunub. Həmçinin yüksək texnologiyalı reabilitasiya və tibbi-sosial xidmətlər sayəsində müharibə ilə əlaqədar əlilliyi olan 300-dək şəxs əvvəlki sağlamlığına qovuşub.

Ölkəmizdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təminatı üzrə işlər nəcib fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılıb.

Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən sosial müdafiə siyasəti nəticəsində reabilitasiya vasitələrinin çeşidinin sayı 57-dən 130-a çatdırılıb. Əlilliyi olan şəxslər bu ilin əvvəlindən bəri 300 minədək müxtəlif növ reabilitasiya vasitələri ilə təmin edilib.

Dövlətimizin başçısı və birinci xanım nazirliyin inklüziv mərkəzlərinin benefisiarları tərəfindən hazırlanmış bədii oyma, xalçaçılıq, dulusçuluq, təsviri incəsənət, vitraj, floristika və digər sənət növləri üzrə əl işlərindən ibarət sərgiyə baxdılar. Həssas qruplardan olan şəxslərin yaradıcılıq potensiallarının üzə çıxarılması və iqtisadi fəallıqlarının dəstəklənməsi məqsədilə yaradılmış "dostart.az" portalı vasitəsilə həmin əl işlərinin onlayn satışı həyata keçirilir və bu təşəbbüs onların əmək bazarına inteqrasiyasına mühüm töhfə verir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında yaradılması nəzərdə tutulan Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihəsi də təqdim edildi.

Qeyd olundu ki, əlilliyi olan şəxslərə hazırda 13 istiqamət üzrə göstərilən sosial bacarıqların inkişafı xidmətlərinin yeni mərkəzdə daha da genişləndirilərək 20-yə çatdırılması nəzərdə tutulur.

Son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar dünya səviyyəsində yüksək qiymətləndirilib və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən 300-dən artıq mükafat və sertifikatla təltif olunub. Onların arasında "Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri" təşəbbüsünə görə BMT-nin Dövlət Xidmətləri Mükafatı da var.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzləri sosial xidmətlərin göstərilməsində keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olub. Bu mərkəzlərdə indiyədək vətəndaşlara 164 növ xidmət, ümumilikdə isə 4,6 milyon sosial xidmət göstərilib, xidmətlərdən məmnunluq səviyyəsi isə təxminən 99 faiz olub.

Hazırda DOST şəbəkəsinin ölkə üzrə genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzinin, o cümlədən 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur.

20:16

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak edib.

FOTOLAR

Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ — 1
Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ — 2
Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ — 3
Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ — 4
Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ — 5
Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ — 6
Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ — 7
Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ — 8
Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ — 9
Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ — 10
Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ — 11
Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ — 12
Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ — 13
XƏBƏR LENTİ
11 AVQUST 2026
Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçında dördüncü QOL - YENİLƏNDİ - VİDEO 20:08 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 Naxçıvanda 131 otaqlı mehmanxana tikilir: Prezident təməlini qoydu 21:42 İsrail və Venesueladan 17 il sonra İLK 21:39 Ali Baş Komandan Naxçıvanda: Yeni komando hissələrinə Döyüş bayraqları verildi 21:28 Gürcüstan Rusiyaya şərt qoydu: Bunu etməsəniz… - YENİ GƏRGİNLİK 21:22 Ukraynanın zərbələrindən sonra Rusiyanın neft ixracı iflic oldu - RƏQƏMLƏR 21:09 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq 20:57 İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ 20:16 Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir 20:36 Metro sərnişinlərinə ŞAD XƏBƏR! “Dərnəgül”də yenilik 20:27 Müəllim olmaq istəyənlərə ŞAD XƏBƏR! Nəticələr açıqlandı 20:20 İlham Əliyev Naxçıvanda Sənaye Parkının təməlini qoydu 20:01 Prezident Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldu 19:55 İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət etdi 19:46 Bulvarda dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 19:34 Putin Trampa şayba göndərdi 19:26 Prezident və xanımı Naxçıvandadır - VİDEO 19:14 745 milyon dollarlıq raket sifarişi: ABŞ nəyə hazırlaşır? 19:07 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər 18:59 Gəncədə yol keçmək istəyən iki nəfəri avtomobil vurdu 18:45 Kim daha yaxşı donuz səsi çıxarır? Fransada qəribə yarışın qalibi seçildi 18:32 Bütün Xəbərlər