AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi

AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi
18.07.2025 14:31

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə TodayPress TV-yə agentliyin mətbuat xidmətindən məlumat verilib.

Müşahidə Şurasının 2025-ci ildə növbəti iclası Şura sədri, Milli Məclisin deputatı Nigar Arpadarainin sədrliyi ilə baş tutub.

2023-cü ilin oktyabrında yaradılmış Müşahidə Şurasının əsas məqsədi AMADA-nın fəaliyyətində şəffaflığın artırılması, hesabatlı idarəetmə mexanizmlərinin tətbiqi və beynəlxalq standartlara uyğunluğun təmin olunmasıdır.

İclasda AMADA-nın 2025-ci ilin ilk 6 ayı ərzində fəaliyyətinə dair təqdimat dinlənilib. Agentliyin icraçı direktoru Təhminə Tağı-zadə çıxış edərək hesabatla bağlı ətraflı məlumat verib. O, hesabat dövründə həyata keçirilən tədbirlər, görülən işlər və əldə olunan nəticələr barədə geniş məlumat təqdim edib.

Müşahidə Şurasının üzvləri gündəlikdəki məsələlər üzrə fikir mübadiləsi apararaq bir sıra qərarlar qəbul ediblər. 2025-ci ilin ilk yarısına dair hesabat müzakirə olunub və əsas fəaliyyət istiqamətlərində müşahidə edilən müsbət dinamika xüsusi vurğulanıb. Qərara alınıb ki, mövcud dinamika qorunmalı və aparılan islahatların davamlılığı təmin olunmalıdır.

İclasda həmçinin AMADA-nın Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı ildə keçiriləcək Avropa üzrə illik simpoziumuna ev sahibliyi etmək təşəbbüsü də müzakirə olunub. Müşahidə Şurası bu təşəbbüsü Agentliyin beynəlxalq arenada fəaliyyətinin yeni və mühüm mərhələsi kimi qiymətləndirib. Bildirilib ki, bu addım Azərbaycanın qlobal antidopinq hərəkatında fəal iştirakını və təmiz idmana verdiyi önəmi nümayiş etdirir.

AMADA qarşıdakı dövrdə də şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanaraq fəaliyyətini davam etdirməyi hədəfləyir. Müşahidə Şurası isə bu prosesə nəzarət və istiqamət verməklə öz töhfəsini əsirgəməyəcək.

FOTOLAR

AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 1
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 2
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 3
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 4
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 5
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 6
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 7
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi — 8
XƏBƏR LENTİ
11 AVQUST 2026
“Beşiktaş” Duşan Vlahoviçin transferi ilə bağlı razılığa gəldi! 22:58 Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 22:13 Azərbaycan, Ermənistan və ABŞ rəsmiləri BİR ARAYA GƏLDİ 22:12 900 illik memarlıq irsi Naxçıvanda belə əbədiləşdirildi - Prezident açılış etdi 22:05 İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Çempionlar Liqası: "Sabah" darmadağınla tarixi uğura imza atır - YENİLƏNDİ - VİDEO 20:08 Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 Naxçıvanda 131 otaqlı mehmanxana tikilir: Prezident təməlini qoydu 21:42 İsrail və Venesueladan 17 il sonra İLK 21:39 Ali Baş Komandan Naxçıvanda: Yeni komando hissələrinə Döyüş bayraqları verildi 21:28 Gürcüstan Rusiyaya şərt qoydu: Bunu etməsəniz… - YENİ GƏRGİNLİK 21:22 Ukraynanın zərbələrindən sonra Rusiyanın neft ixracı iflic oldu - RƏQƏMLƏR 21:09 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq 20:57 İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Bütün Xəbərlər