ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edildi

ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edildi
16.05.2025 11:19 Cəmiyyət

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login”ə inteqrasiya edilib. 

TodayPress TV bu barədə ADY-yə istinadən xəbər verir. 

Məlumata əsasən, bu yenilik istifadəçilərə portala daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır. 

İndi istifadəçilər portalda xidmətlərə daxil olmaq üçün artıq mövcud olan identifikasiya vasitələrindən – SİMA İmza, Asan İmza, SİMA Token (Elektron İmza), İdentifikasiya nömrəsi və BSXM Elektron İmzadan istifadə edə bilirlər. 

Məlumata əsasən, inteqrasiyanın əsas üstünlüklərinə sadə və sürətli giriş – təkrar qeydiyyat zərurətinin aradan qalxması, təhlükəsizliyin artırılması – dövlət tərəfindən təsdiqlənmiş identifikasiya vasitələrinin istifadə olunması, vaxta qənaət – müraciət və sorğuların təqdimat prosesinin sürətləndirilməsi, dövlət sistemləri ilə uyğunluq – “MyGov” portalı və digər dövlət platformaları ilə inteqrasiya imkanın yaranması daxildir. 

Qeyd edək ki, layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Azərbaycanda rəqəmsal hökumət sisteminin inkişafına mühüm töhfə verir.

Eyni zamanda, bu yenilik “bir pəncərə” prinsipi əsasında təqdim edilən onlayn xidmətlərin daha genişləndirilməsinə imkan yaradır. 

Xatırladaq ki, ADY-nin bu yaxınlarda istifadəyə verdiyi elektron xidmətlər portalı (https://portal.ady.az/) əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır və dəmiryol xidmətlərinin daha rahat, müasir, şəffaf və innovativ şəkildə təqdim olunmasını təmin edir.

Portal vətəndaşların müraciət və digər xidmətlərə onlayn formada çıxışını təmin edən əsas platforma kimi inkişafını davam etdirəcək. 

ADY həmçinin rəqəmsallaşma strategiyasına uyğun olaraq, kağız sənəd dövriyyəsinin azaldılması, kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində yeni layihələr həyata keçirməyə davam edəcək. Bura bilet satışından tutmuş yük daşımalarının izlənməsinə, təhlükəsizlik sistemlərindən real vaxtda məlumat mübadiləsinə qədər bir çox proses daxildir. 

Bu baxımdan rəqəmsallaşma ADY-nin yalnız texnoloji yenilənməsinə deyil, eyni zamanda, biznes modelinin transformasiyasına, müştəri yönümlü yanaşmanın formalaşmasına və qlobal dəmir yolu şəbəkələri ilə inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verir.

Bu proses dəmir yolunun rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkənin nəqliyyat-logistika potensialının da güclənməsinə zəmin yaradır.

XƏBƏR LENTİ
16 IYUN 2026
Çətirsiz evdən çıxmayın: Hava qəfildən dəyişəcək 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Bütün Xəbərlər