Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi

Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi
07.07.2026 15:49

Müəllimlər sertifikasiya imtahanı ilə bağlı narazılıqlarını bildiriblər.

TodayPress TV xəbər verir ki, bu mövzuda tarix müəllimi Samir Bəşirli çıxış edib.

O, sosial şəbəkədə paylaşdığı açıqlamada həm sertifikasiya, həm də müəllimlərin işə qəbulu (MİQ) prosesində yol verildiyini iddia etdiyi hüquq pozuntularının aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılacağını qeyd edib.

Müəllim bildirib ki, bir müddət əvvəl 100-dən çox müəllimin imzası ilə Azərbaycan Prezidentinə müraciət ünvanlanıb və həmin müraciətin davamı olaraq Prezident Administrasiyasında qəbul üçün qeydiyyatdan keçiblər:

"Bir müddət əvvəl cənab Prezidentə 100-dən artıq müəllimin imzası ilə müraciət ünvanlanmışdı. Bu gün bu məsələ ilə bağlı Prezident Administrasiyasının qəbul şöbəsində oldum və iki həmkarımla birlikdə Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyevanın qəbuluna yazıldıq. Görüş zamanı müəllimlərin bütün problemləri, MİQ və sertifikasiya sahəsində baş verdiyini düşündüyümüz hüquq pozuntuları səsləndiriləcək".

Samir Bəşirli əlavə edib ki, sertifikasiya imtahanlarının apellyasiya mərhələsində ən ciddi problemlərdən biri iştirakçılara imtahan suallarının təqdim edilməməsidir:

"Apellyasiya prosesində ən böyük qanunsuzluq imtahan suallarının bizə təqdim olunmamasıdır. Bizim əlimizdə suallar olmadan, hansı suala necə cavab verdiyimizi bilmədən, səhvin harada olduğunu görmədən necə apellyasiya verməyimiz mümkündür? Bu, başadüşülən deyil. Bu məsələ ilə bağlı bir qrup müəllim Azərbaycan Respublikasının Təhsil İnstitutunda olub və rəhbərliklə görüş keçirib. Bu gün həmkarlarımızla birlikdə Təhsil İnstitutuna gedərək imtahan nəticələri və suallarla tanış olmaq istəyimizi bildirdik. Bizi direktor müavini qəbul etdi. Görüş zamanı arqumentlərimizi faktlarla əsaslandırdıq. Lakin səsləndirdiyimiz məsələlərə konkret və hüquqi əsaslandırılmış cavab ala bilmədik. Bizə yalnız 'araşdırılır', 'baxılır' kimi ümumi ifadələr deyildi".

Müəllim vurğulayıb ki, imtahan suallarının təqdim edilməsinin mümkün olmadığı barədə verilən izahlarla razı deyil:

"Telefon danışığında bizə bildirildi ki, imtahan suallarını təqdim etmək mümkün deyil. Hesab edirəm ki, bu yanaşmanın hüquqi əsası yoxdur. Mənə izah edildi ki, həmin məlumatların daşıyıcısı Təhsil İnstitutu deyil. Deməli, nəticələr və suallarla tanış olmaq üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət edilməlidir. Rəsmi ərizəmiz artıq təqdim olunub və ümid edirik ki, müəllimlərə öz nəticələri və sualları ilə tanış olmaq üçün şərait yaradılacaq".

Tarixçi bu prosesdə müxtəlif bölgələrdən Bakıya gələn həmkarlarına da təşəkkür edib:

"Bu isti yay günlərində uzaq rayonlardan vaxt ayıraraq gələn bütün müəllimlərə təşəkkür edirəm. Onların arasında yüksək nəticə göstərən, 50 baldan yuxarı toplayan və əməkdar müəllimlər də var. Onların bu məsələdə nümayiş etdirdiyi mübarizə əzmi hər cür qiymətləndirmədən daha dəyərlidir", – deyə Samir Bəşirli fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

ФОТО

Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi — 1
Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi — 2
ЛЕНТА НОВОСТЕЙ
07 июля 2026
Məşhur arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI 18:09 Tramp Avropanı boşaldır? – Hərbi kontingentin taleyi bir kəlmədən asılı qaldı 17:25 Brüssel Ankaranın qapısını hansı planla döyür? 17:29 Tramp və Ərdoğan görüşündə tarixi qərar -VİDEO 17:32 Zelenski Azərbaycana təşəkkür etdi 17:41 Трамп: Я приехал на саммит только из-за Эрдогана, иначе не приехал бы... 17:16 Tramp F-35 qırıcılarının Türkiyəyə satılmasından danışdı 17:04 Bu tarixdən Sinqapurla vizasız rejim tətbiq olunacaq 16:55 Как КВН-щик стал известным религиозным деятелем? Гаджи Шахин — человек, изменивший отношение к религии 16:35 Təyyarə sərt eniş etdi, aeroport bağlandı - VİDEO 16:41 Эти должностные лица будут оштрафованы 16:27 Азербайджан присоединился к конвенции, подписанной 17 странами 16:20 Əhalimizi sayacaqlar - Prezident fərman imzaladı 16:12 Участников саммита НАТО охраняет 56-тысячная «армия» 16:00 Белый дом утвердил график: что Трамп обсудит сначала с Зеленским, а затем с новым лидером Сирии? 16:10 Ötən ilin büdcəsində niyə profisit yaranıb? 16:02 Tarix müəllimi nazirliyi prezident administrasiyasına şikayət etdi 15:49 “Qəbələ” braziliyalı futbolçu ilə yollarını ayırdı 15:25 «Провожая нас, вылили не воду, а молоко» Является ли монгольское мясо харамом? 15:24 Снести памятник «Мы — наши горы» («Дедушка и бабушка») в Ханкенди и заложить платановый парк — предложение профессора 14:55 Объединяет контроль над вооружениями в одних руках – Проект на миллиарды долларов... 14:40 Trampın təyyarəsi Ankaraya endi - VİDEO 14:42 Почему США не отправляют послов на Южный Кавказ? 14:37 Компании по производству дронов по заказу Зеленского начали производство тысяч БПЛА 14:24 Ukrayna müharibəsində "Alyaska" dönüşü – Lavrov danışıqların gizli qalan tərəfini açdı 14:15 Все новости