Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu
19.08.2026 14:27

Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub.

Nazirlikdən TodayPress TV-yə verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev bu vəzifəyə təyin edilib.

Qeyd edilib ki, Hikmət Mustafayev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bitirib. 1994–1995-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib. 1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.

O, eyni zamanda COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi bu mötəbər beynəlxalq tədbirin təşkilati və inzibati idarəetmə proseslərində fəal iştirak edib. Bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərən H.Mustafayev strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır.

Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

Dövlət qulluğunun baş müşaviridir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
19 августа 2026
Macarıstanda yeni prezident vəzifəsinin icrasına başladı 15:15 Azərbaycanın sevimli nağıl qəhrəmanları Avropa çempionatında! 16:16 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə yeni tranzit yükü göndəriləcək 15:07 Медовый месяц закончился трагедией: вице-президент миллиардной компании и его супруга погибли 15:45 Ərdoğandan İran-ABŞ gərginliyi ilə bağlı mesaj 15:02 18,20 metrlik möhtəşəm servis! Nihad Məmmədov rekord qırdı 15:45 Признание Моуринью о Родри: «Его сомнения заставили и меня сомневаться» 15:33 Сотни людей погибли при обвале золотого прииска в Камеруне 14:58 Barrak: "İsrailin Suriyaya zərbəsi Türkiyə ilə qarşıdurma riskini artırıb" 14:47 Daimi diş yerindən çıxarsa, onu xilas etmək mümkündür: Nə etmək lazımdır? 14:38 Сибига озвучил три приоритета внешней политики Украины 14:32 Poqbaya təşəkkür, amma məyusluq: “Nəticə gözləntilərimizi doğrultmadı” 14:32 Неожиданный ход незадолго до голосования: Хмара покинул свой пост 14:04 Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olundu 14:27 Rassell etiraf etdi: “Mercedes”in problemi üzündən bütün səylərim boşa getdi 14:15 Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi 14:20 Çaylarda sululuq səviyyəsi artacaq - XƏBƏRDARLIQ 13:49 “Roma” gələcəyin ulduzunu transfer etdi: Rodriqu Mora Romaya gəldi 14:06 Обмен военнопленными между Россией и Украиной по формуле «103 на 103» 13:46 "OpenAI" yeni süni intellekt modellərinin hazırlanmasını dayandırdı 13:22 İndoneziyada zəlzələ nəticəsində minlərlə insan evsiz qaldı 12:45 Радостная новость для онкобольных: спорт восстанавливает ослабленную иммунную систему 12:07 Pol Poqbanın “Monako” macərası erkən başa çatdı 13:10 Qalxanvari vəzi xəstəliklərinin 10 xəbərdarlıq əlaməti 12:05 Prezidentdən traktor istəyən Gülərin arzusu reallaşdı – VİDEO 13:07 Все новости