Xalq şairi Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edildi

Xalq şairi Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edildi
24.02.2026 14:38

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısının tapşırığına uyğun olaraq, mədəniyyətin inkişafında müstəsna xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib.

TodayPress TV xəbər verir ki, Samir Nuriyev 95 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və səmimi təbriklərini Nəriman Həsənzadəyə çatdırıb.

Görüş zamanı Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, milli-mənəvi dəyərlərin təbliği istiqamətində uzun illər ərzində göstərdiyi xidmətlər xüsusi vurğulanıb. Bildirilib ki, onun çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycan ədəbiyyatının, mədəniyyətinin zənginləşməsinə mühüm töhfə verib, gənc nəsillərin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətli rol oynayıb.

Xalq şairi göstərilən yüksək diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib, milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanmasına, mədəniyyət, incəsənət və digər sahələrin inkişafında xidməti olan şəxslərə dövlət dəstəyini yüksək qiymətləndirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 18-də imzaladığı sərəncamla Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

TodayPress TV

FOTOLAR

Xalq şairi Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edildi — 1
Xalq şairi Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edildi — 2
Xalq şairi Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edildi — 3
Xalq şairi Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edildi — 4
Xalq şairi Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edildi — 5
Xalq şairi Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edildi — 6
Xalq şairi Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edildi — 7
Xalq şairi Nəriman Həsənzadəyə "Heydər Əliyev" ordeni təqdim edildi — 8
XƏBƏR LENTİ
30 IYUL 2026
Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Bütün Xəbərlər