Azərbaycan və türk alimlərinin hazırladığı monoqrafiya işıq üzü gördü

Azərbaycan və türk alimlərinin hazırladığı monoqrafiya işıq üzü gördü
03.09.2025 12:25

İki qardaş ölkənin tanınmış alimləri – professor Mahira Hüseynova, dosent Elvin Talışınski, fəlsəfə doktorları Baha Ahmet Yılmaz, Fərahilə Babayeva-Şükürova, Şahismayıl İsmayılov və Cihangir İşbilir tərəfindən hazırlanmış ingilis dilində “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” adlı monoqrafiya Türkiyədə nəşr olunub. Əsər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə ərsəyə gətirilib ki, bu da onun elmi etibarlılığını və strateji əhəmiyyətini daha da artırır.

TodayPress TV xəbər verir ki, monoqrafiya türk xalqlarının minilliklər boyu inkişaf etmiş fəlsəfə tarixini, əsas intellektual meylləri və görkəmli filosoflarını sistemli şəkildə təqdim edən ilk fundamental araşdırmalardan biridir. Əsər qədim dövrlərdən başlayaraq türk cəmiyyətlərində formalaşmış ilkin fəlsəfi baxışların, kainat, həyat, ölüm, təbiət və insan haqqında təsəvvürlərin elmi təhlilini verir. Şamanizm, Tengrizm və animistik inancların fəlsəfi əsaslarının sistemləşdirilmiş şəkildə işıqlandırılması isə türk düşüncəsinin mənəvi köklərini dərinliklə üzə çıxarır.

Kitabda türk filosoflarının portret-esselərinin təqdim olunması, onların ideyalarının və elmi xidmətlərinin geniş şəkildə şərh edilməsi əsərin həm elmi, həm də maarifləndirici dəyərini artırır. Bu yanaşma türk dünyasının ortaq intellektual irsinin yalnız tarixi fakt kimi deyil, həm də müasir elmi diskursun bir parçası kimi öyrənilməsinə imkan yaradır.

Monoqrafiyanın tarixi əhəmiyyəti ondan ibarətdir ki, əsər türk xalqlarının birgə keçmişinə, ortaq mədəniyyətinə və intellektual irsinə nəzər salmaqla onların tarixi yaddaşını möhkəmləndirir. Bu kitab həm də milli kimliyin formalaşmasında fəlsəfi düşüncənin rolunu aydın şəkildə ortaya qoyur və türk xalqlarının ortaq köklərinin sistemləşdirilməsinə mühüm töhfə verir.

Əsərin siyasi əhəmiyyəti isə müasir dövrdə daha qabarıq görünür. Azərbaycanın müstəqillik dövründə türk dünyası ilə elmi və mədəni əlaqələrin güclənməsi, Prezident İlham Əliyevin türk dövlətlərinin birliyi istiqamətində həyata keçirdiyi strateji siyasət və Qarabağ Zəfəri sonrası türk kimliyində baş verən milli oyanış bu monoqrafiyanın meydana gəlməsində əsas ilham mənbələrindən biri olmuşdur. Kitabın məhz Türkiyədə nəşr olunması isə onun həm elmi nüfuzunu artırır, həm də türk dünyasının intellektual inteqrasiyasına xidmət edən simvolik bir hadisə kimi dəyərləndirilir. Bu, iki qardaş ölkənin elm və mədəniyyət sahəsindəki birliyinin bariz göstəricisidir.

Xüsusilə vurğulamaq lazımdır ki, monoqrafiyanın ingilis dilində hazırlanması həm onun beynəlxalq elmi mühitə çıxışını təmin edir, həm də türk fəlsəfi irsinin qlobal miqyasda tanıdılmasına imkan yaradır. Beləliklə, əsər yalnız türk dünyasının daxilində deyil, Avropa, Amerika və Asiyanın akademik dairələrində də maraq doğuracaq, müqayisəli fəlsəfə, mədəniyyətlərarası dialoq və sivilizasiyalararası münasibətlər sahəsində mühüm istinad mənbəyinə çevriləcəkdir. Bu, həm də türk xalqlarının zəngin fəlsəfi və mədəni irsinin dünyada obyektiv təqdim olunmasına xidmət edir.

Monoqrafiya yalnız elmi çevrələr üçün deyil, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş fundamental mənbədir. O, türk fəlsəfi irsinin sistemli şəkildə öyrənilməsi ilə yanaşı, ortaq türk mədəniyyətinin, etnik və intellektual köklərinin anlaşılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm bir vasitədir. Bu əsər, həm akademik tədqiqatlarda, həm də türk dünyasının ortaq kimliyinin ideoloji əsaslarının möhkəmlənməsində strateji dəyər daşıyır.

Nəticə etibarilə, “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” monoqrafiyası yalnız elmi araşdırma deyil, həm də türk dünyasının mədəni və intellektual birliyini möhkəmləndirən mühüm hadisədir. Müəlliflərə gələcək elmi axtarışlarında, ortaq türk fəlsəfi irsinin daha dərindən öyrənilməsi və dünyaya tanıdılması istiqamətində uğurlar arzulayırıq.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər