Ən qayğıkeş və etibarlı insanlar məhz bu aylarda doğulur
Astroloqların fikrincə, ilin bəzi aylarında doğulan insanlar mehriban, qayğıkeş və ətrafdakılara müsbət təsir göstərən xarakterləri ilə seçilirlər.
TodayPress TV xəbər verir ki, “Parade” jurnalında dərc olunan yazıda fevral, iyul və oktyabr aylarında doğulan şəxslərin daha çox empatiya, anlayış və dəstək göstərmək qabiliyyətinə malik olduqları iddia edilir.
Məlumata görə, fevralda doğulanlar həssas və diqqətcil, iyulda doğulanlar emosional dəstək verən, oktyabrda doğulanlar isə diplomatik, ədalətli və insanları bir araya gətirmək bacarığı ilə seçilirlər. Astroloqlar hesab edirlər ki, bu xüsusiyyətlər onları ətrafdakılar üçün etibarlı məsləhətçi və dayaq edir.
Qeyd edək ki, astrologiya elmi cəhətdən sübut olunmuş sahə deyil və bu cür qiymətləndirmələr əyləncə xarakteri daşıyır.