Zakir Həsənov Vətən Müharibəsi Qəhrəmanının rütbəsini artırdı

Zakir Həsənov Vətən Müharibəsi Qəhrəmanının rütbəsini artırdı
11.07.2026 20:25

Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynova yeni rütbə verilib.

TodayPress TV Olke.az-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Z.Hüseynova polkovnik-leytenant hərbi rütbəsi verilib.

Müdafiə nazirinin bu addımı Zaur Hüseynovun Vətən Müharibəsindəki xidmətlərinin növbəti dəfə yüksək qiymətləndirilməsi kimi qəbul olunur. Çünki o, müharibədən sonra ordu sıralarından tərxis olunub. Ehtiyatda olan zabitin rütbəsinin artırılmasına isə nadir hallarda rast gəlinir.

Qeyd edək ki, Zaur Rahat oğlu Hüseynov 26 avqust 1987-ci ildə Salyan rayonunda anadan olub.

2002–2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra 2005–2009-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Akademiyada təhsil alıb və oranı fərqlənmə ilə bitirib.

Z.Hüseynov Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib.

2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak edərək Füzuli, Cəbrayıl, Xocavənd və xüsusilə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə tabor komandiri kimi önəmli rol oynayıb. Şuşa döyüşündə göstərdiyi liderlik və müdafiə taktikaları ilə yadda qalan Z.Hüseynov, həmin əməliyyatların uğurla bitməsindən əsas simalardan biri olub.

Prezident İlham Əliyevin sərəncamları ilə Vətən Müharibəsi Qəhrəmanı adına, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, həmçinin “Cəsarət”, “Qüsursuz xidmətə görə” (2-ci və 3-cü dərəcə), “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub.

Z.Hüseynov hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəis müavini vəzifəsində işləyir.

XƏBƏR LENTİ
11 IYUL 2026
Amerikalı aktyor Putinin üzünə baxan kimi bunları dedi 21:54 “Şəhərlərə bombalar yağardı hər gecə” - İran Ahmet Kaya ilə “vuruldu” - VİDEO 21:37 Baltikyanı ölkələr Ukraynaya “yox” dedi 19:44 Əməkdaş rəhbərini öldürüb meyiti göl kənarına atdı 21:03 Prezidentin sosial şəbəkə hesablarında Xocavəndin kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olundu - VİDEO 20:58 “Sənin bu qollarına qurban olum, ermənini yumruqladın” - VİDEO 20:48 İlham Əliyev: Ürəyim sevinir 20:37 Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir 20:31 Zakir Həsənov Vətən Müharibəsi Qəhrəmanının rütbəsini artırdı 20:21 İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır 20:17 Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır 20:10 “O biri qız hanı? Onunla ayrı çəkdirərik” - VİDEO 19:58 İlham Əliyev Xocavəndin Quzeyxırman kəndində oldu - YENİLƏNDİ 19:53 Zelenski “gənə”yə bənzədildi 19:36 Bakı Bulvarında DƏHŞƏTLİ HADİSƏ - VİDEO 19:20 İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb 19:09 Azov dənizində gərgin gecə - VİDEO 19:06 Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı 19:00 Müharibənin gedişini dəyişə biləcək İDDİA - YENİ SİSTEM 18:41 İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşdü - YENİLƏNDİ 14:10 Ermənistan yığması Bakıya gəlməkdən İMTİNA ETDİ 18:34 Prezidentin sosial media hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndindən paylaşım edildi - VİDEO 18:21 İlham Əliyev Xankəndidə yeni hotelin açılışını etdi 18:10 Güclü leysan Moskvanı iflic etdi - VİDEO 18:07 Kiyevin yeraltı "Dron Bunkeri" Vaşinqtonu hərəkətə gətirdi 17:01 Bütün Xəbərlər