Çində "oyuncaq həkimləri"nin sayı artdı: "Labubu"nu sağaldırlar

Çində "oyuncaq həkimləri"nin sayı artdı: "Labubu"nu sağaldırlar
27.07.2025 09:45

Çində məşhurlaşan "Labubu" kuklalarına olan maraq yeni bir biznes sahəsinin yaranmasına səbəb olub. "Oyuncaq həkimləri" adlanan xidmət sahibləri bu fiqurlar zədələndikdə və ya çirkləndikdə onların təmir və bərpası ilə məşğul olurlar.

TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Qəzet yazıb ki, adi — kolleksiya xarakteri daşımayan bir "Labubu" kuklası Çində orta hesabla 99 yuan (təxminən 14 ABŞ dolları) dəyərindədir. Onların təmiri isə adətən orijinal qiymətin 10 faizinə başa gəlir.

Bu fiqurlar əsasən gənc qadınlar tərəfindən çantalara bəzək kimi taxılır, bu isə kuklaların tez-tez zədələnməsinə və çirklənməsinə səbəb olur. Həvəskarlar sosial şəbəkələrdə "Labubu"nun tükünü parıldatmaq və cızıqları aradan qaldırmaqla bağlı məsləhətlər paylaşsalar da, "oyuncaq həkimləri" bu işi peşəkar səviyyədə görürlər.

Bu işlə məşğul olanlardan biri — Xartman adlı usta bildirib ki, son bir ayda 100-ə yaxın "Labubu" kuklasını təmir edib. O, özünü "xəstəlikləri müalicə edən və həyat qurtaran həkim" kimi hiss etdiyini deyib.

Töhfə Səməd

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bu əşyaları uzadıcıya taxmayın! Yanğın baş verə bilər 23:51 İtaliyada nəhəng yayın balıqları ekosistemi təhlükə altına saldı 23:30 2000-ci illərin mətbəx dəbi yenidən qayıdır - Amma bu dəfə fərqli görünüşdə 23:23 Pişiyiniz siz evdə olmayanda nə edir? - Mütəxəssislər açıqladı 23:18 “Hörümçək-adam” rekordu toruna saldı: 167 milyon dollar 23:09 “Dünyanın ən bahalı buz kubu”nun sirri: Onu niyə ABŞ-a gətirdilər? 00:09 İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Bütün Xəbərlər