Çin zooparkında uzunqulağı boyayıb zebra kimi təqdim etdilər

Çin zooparkında uzunqulağı boyayıb zebra kimi təqdim etdilər
24.06.2026 06:00

Çin zooparkının əməkdaşları uzunqulağı rəngləyərək ona zebra görünüşü veriblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Need to Know" nəşri məlumat yayıb.

Boyanmış heyvan Antsyu şəhərində görüntülənib. Sosial şəbəkələrdə yayılan kadrlarda uzunqulağın tükünün zebranın rəngini təqlid edən qara zolaqlarla örtüldüyü aydın görünür. Lakin heyvanın uzun qulaqları və xarici görünüşü saxtakarlığı asanlıqla ifşa edib.

Heyvanın fotoları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilərin tənqidləri ilə qarşılaşıb. İzləyicilərin əksəriyyəti park rəhbərliyini uzunqulağı ekzotik bir heyvan kimi təqdim etməyə cəhd etməkdə ittiham edib.

İttihamlara münasibət bildirən park rəsmiləri isə bu heyvanın əsl zebra olduğunu iddia etmədiklərini vurğulayıblar. Onların sözlərinə görə, rəngləmə prosesi sadəcə ziyarətçiləri əyləndirmək məqsədi daşıyır:

"Biz burada müəyyən mənada "kospley" (kostyumlu oyun) təşkil edirik. Onun zebra olduğunu iddia etməmişik və bununla bağlı heç bir məlumat lövhəsi asmamışıq. Bu, yalnız ziyarətçilərin xoş vaxt keçirməsi üçün düşünülmüş bir zarafatdır".

Zoopark səlahiyyətliləri onu da əlavə ediblər ki, keçmişdə də insanların marağını artırmaq naminə itlərin xarici görünüşündə oxşar dəyişikliklər ediblər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
11 августа 2026
Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Объявлены цели России в Украине — ШОКИРУЮЩИЙ СЦЕНАРИЙ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 Столкнулись фура и легковой автомобиль, есть пострадавшие — ФОТО 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 ТАК Трамп сбежал из Турции после угрозы покушения 12:57 Sabah hava necə olacaq ? 12:42 Уиткофф сделал заявление по поводу Нахчывана 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Хуситы подбили саудовское судно — члены экипажа погибли 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Глаза прикованы к историческому визиту Ильхама Алиева в Нахчыван — первому после войны 12:09 Все новости