Bəzi it cinslərində canavar DNT-si aşkarlandı

Bəzi it cinslərində canavar DNT-si aşkarlandı
25.11.2025 19:15

Amerika Təbiət Tarixi Muzeyinin alimləri müəyyən ediblər ki, müasir itlərin çoxunda zəif də olsa, canavar əcdadının genetik izləri qalır. Bu izlər onların bədən quruluşuna, qoxu hissinə və davranış xüsusiyyətlərinə təsir göstərir. 

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "PNAS" jurnalında dərc olunub.

Tədqiqatçılar canavarların, müxtəlif cins və təsərrüfat itlərinin 2700-dən çox genomunu araşdırıblar. Məlum olub ki, saf cins itlərin təxminən 66%-nin nüvə genomunda canavar DNT-si mövcuddur. Ən çox canavar geni "Çexoslovakiya Wolfdog"ları və "Saarloos Wolfhound"larında tapılıb. 

Araşdırma göstərib ki, canavar genlərinin miqdarı itlərin davranışına da təsir edir. Canavar əcdadı az olan cinslər daha mehriban, itaətkar və asan öyrədilən olur. Daha çox canavar genlərinə sahib itlər isə adətən müstəqil, ehtiyatlı və yad insanlara qarşı daha az etibarlıdırlar.

Tədqiqatçılar qeyd ediblər ki, canavar genləri itlərin müxtəlif mühitlərə uyğunlaşmasında mühüm rol oynayıb. Məsələn, kənd itlərində qoxu reseptorlarının güclənməsinə, Tibet mastiflərində isə yüksək dağlarda oksigen çatışmazlığına dözümlülüyün artmasına kömək edib.

Alimlər bildirirlər ki, geniş yayılmış fikrin əksinə olaraq, müasir itlərdə canavarlarla qədim çarpazlaşmanın izləri hələ də qalır və bu, onların təkamül uğurunda əhəmiyyətli rol oynamış ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə” imzalanacaq 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 Все новости