ETX “JSAC 2026”da təmsil olundu

ETX “JSAC 2026”da  təmsil olundu
26.01.2026 11:11 ИКТ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında ETX-nin əməkdaşı Sənan Vəlizadə Tokioda keçirilən "JSAC 2026" beynəlxalq kibertəhlükəsizlik konfransında iştirak edib.

TodayPress TV xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

Məlumata görə, Yaponiyanın Milli CERT-nin (JPCERT/CC) təşkilatçılığı ilə baş tutan tədbir müasir kibertəhdid kampaniyaları, APT qruplaşmalarının fəaliyyəti, zərərli proqramların təhlili və kibertəhlükəsizlik insidentlərinə reaksiya mexanizmləri kimi aktual mövzulara həsr olunub.

Konfrans çərçivəsində fişinq hücumları, MitM texnikaları, RAT və C2 infrastrukturlarının təkamülü ilə bağlı real hadisələr üzrə nümunələr təqdim edilib. Eyni zamanda insidentlərin atribusiyası, çoxklasterli hücumların analizi və genişmiqyaslı istismar hallarının araşdırılmasına dair fikir mübadiləsi aparılıb.

Praktiki sessiyalar zamanı zərərli e-poçtların təhlili və tərsinə mühəndislik yolu ilə zərərli proqramların analizi (malware reverse engineering) üzrə bacarıqların artırılmasına xüsusi diqqət yetirilib.

Beynəlxalq tədbirdə qlobal kibertəhdidlərə qarşı erkən aşkarlama imkanlarının və koordinasiyalı cavab mexanizmlərinin əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti ilə Yaponiyanın Milli CERT-i arasında ötən ildən etibarən aktiv əməkdaşlıq əlaqələri mövcuddur.

TodayPress TV

ФОТО

ETX “JSAC 2026”da  təmsil olundu — 1
ETX “JSAC 2026”da  təmsil olundu — 2
ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Все новости