Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə Toplantısı keçirildi

Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə Toplantısı keçirildi
05.09.2025 11:00 İKT

Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsi, sahə üzrə problemlərin və yeni imkanların müzakirəsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə Toplantısı” təşkil olunub.

TodayPress TV  xəbər verir ki, tədbirə 70-dən çox dövlət qurumunu təmsil edən nümayəndələr qatılıb.

Zirvə Toplantısını açan XRİTDX-in rəis müavini, general-mayor Allahverən İsmayılov qonaqları salamlayaqag, çıxışında vurğulayıb ki, informasiya təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil, milli təhlükəsizlik, iqtisadi sabitlik və cəmiyyətin etimad məsələsidir. Rəqəmsallaşmanın dərinləşməsi ilə bağlı risklərin artdığını qeyd edən A. İsmayılov bildirib ki, qlobal statistikalara əsasən, 2024-cü ilin ilk yarısında dövlət qurumlarına yönəlmiş hücumların 40%-dən çoxu kritik infrastruktura qarşı həyata keçirilib. O, həmçinin ölkəmizdə həyata keçirilmiş ilk “Bug Bounty” proqramının əhəmiyyətini qeyd edərək, dövlət qurumlarının özəl sektorla əməkdaşlığın vacibliyini vurğulayıb. Eləcə də, Xidmət rəisinin müavini 9-10 oktyabr tarixlərində Bakı Konqress Mərkəzində keçiriləcək “CIDC-2025 - Ağıllı şəhərlərdə kibermüharibə” tədbirinə dəvət edib və beynəlxalq əməkdaşlığa göstərilən dəstəyə görə Avropa Birliyinə və Estoniyanın Elektron İdarəçilik Akademiyası Fonduna təşəkkürünü bildirib.

Daha sonra, Elektron İdarəçilik Akademiyası Fondunun kibertəhlükəsizlik üzrə baş mütəxəssisi Elza Neeme və “Şərq Tərəfdaşlığı ölkələrinə kiberdavamlılığın gücləndirilməsi” layihəsinin Azərbaycan üzrə koordinatoru Klaid Magi beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini qonaqların diqqətinə çatdırıbla

Tədbirin davamında XRİTDX-in baş idarə rəisinin müavini Tural Məmmədov “Dövlət qurumlarında informasiya təhlükəsizliyinin vəziyyəti ilə bağlı statistik göstəricilər, ağıllı şəhərlərdə kibermüharibə, yeniliklər və planlar” mövzularında çıxış edib. Eləcə də, T. Məmmədov və yerli kibertəhlükəsizlik startapı “Qarabug”-ın təsisçisi Miraqşın Abutalıbov ilk dəfə olaraq dövlət informasiya ehtiyatlarında həyata keçirilmiş “Bug Bounty” proqramının nəticələri açıqlayıblar. 

Eləcə də, Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Rüstəm Həsənov “Dövlət qurumları üçün açıq qaynaq kodlu həllərin perspektivləri” mövzusunda çıxış edib. 

Sonda sahə üzrə dövlət qulluqçularının əməyinin stimullaşdırılması, kiberinsident nümunələri, yeni tendensiyalar, təhlükələr və dövlət qurumlarının üzləşdiyi problemlər müzakirə olunub. Açıq debat iştirakçılara bir-birindən təcrübə öyrənmək və birgə həll yolları təklif etmək imkanı yaradıb.

“Dövlət qurumları İT rəhbərlərinin Zirvə Toplantısı” informasiya təhlükəsizliyi sahəsində dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, yeniliklərin müzakirəsi və gələcək fəaliyyət planlarının müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər