BP yeni rəqəmsal mediasiya platforması yaradacaq

BP yeni rəqəmsal mediasiya platforması yaradacaq
10.06.2025 17:41 İKT

bp Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından ölkədə qabaqcıl rəqəmsal transformasiya səylərini dəstəkləyən bir sosial investisiya layihəsinin uğurla tamamlandığını elan edib.

TodayPress TV xəbər verir ki, layihədə məqsəd Azərbaycan Mediasiya Şurasının xidmətlərini təkmilləşdirlmək üçün yeni rəqəmsal platformanın yaradılmasıdır.

Bu təşəbbüs ölkə üzrə mediasiya xidmətlərindən istifadə imkanlarının və bu xidmətlərin səmərəliliyinin artırılması səylərinə əhəmiyyətli töhfədir. 

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti, Bəxtiyar Aslanbəyli qeyd edib ki, “Azərbaycan üçün nisbətən yeni olan bu sahənin inkişafına töhfə verən bu layihəni dəstəkləməkdən məmnunuq. Mediasiya Şurasının müraciətləri indiyədək əl ilə idarə etməsi tez-tez gecikmələrə və istifadəçilər arasında narazılığa səbəb olurdu. Artan tələbatı və müasirləşmə ehtiyacını nəzərə alaraq, tərəfdaşlarımızla birlikdə, biz mediasiya prosesinin bütün mərhələlərini sadələşdirən və rəqəmsallaşdıran əhatəli onlayn platformanın yaradılmasına dəstək verdik. İnanırıq ki, ictimai xidmətlərə əsl səmərəlilik və innovasiya gətirən bu layihə Azərbaycanın ədliyyə sisteminin rəqəmsal transformasiyasına mühüm töhfədir.”

Yeni istifadəyə verilmiş platformada mediasiya xidmətlərinin ümumi idarəçiliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıran geniş çeşidli rəqəmsal funksiyalar təqdim edilib. Yeni platformanın əsas üstünlüklərinə daxildir:

- İctimai istifadə imkanlarının təkmilləşdirilməsi: vətəndaşlar və hüquqi şəxslər artıq mediasiya xidmətlərindən daha sürətli və rahat istifadə edə bilərlər.

- İş səmərəliliyinin artırılması: Mediasiya Şurası indi daha çox müraciətə baxa və dövlət müəssisələrindən tələb olunan sənədləri real vaxt rejimində əldə edə bilər.

Səkkiz ay davam etmiş bu layihənin ümumi dəyəri 126880 AZN-dir (74635 ABŞ dolları). Bu məbləğə avadanlıqların alınması və quraşdırılması, İT infrastrukturunun, proqram təminatının hazırlanması, portalın yaradılması və yeni platformanın səmərəli istifadəsinin təmin olunması üçün işçi heyətinə təlim keçilməsi daxildir.

Layihə Azərbaycan Mediasiya Şurası tərəfindən həyata keçirilib.

XƏBƏR LENTİ
15 IYUN 2026
Putin "Allahın Evi"ni vurdu - Zelenskidən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 Bütün Xəbərlər