Twitterin qurucusundan sürpriz addım: Vine geri döndü, orijinal arxiv yenidən açıldı

Twitterin qurucusundan  sürpriz addım: Vine geri döndü, orijinal arxiv yenidən açıldı
14.11.2025 19:30 İKT

2010-cu illərin əvvəllərində altı saniyəlik videolarla məşhurlaşan Vine 2016-cı ildə bağlanmışdı. İndi isə platforma diVine adı ilə yenidən istifadəçilərin ixtiyarına verilir.

TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, diVine həm köhnə Vine videolarının arxivini yenidən açır, həm də yeni qısa videoların paylaşılmasına imkan yaradır. Məqsəd nostalji və istifadəçi yönümlü təcrübə təqdim etməkdir.

diVine platformasının əsas xüsusiyyətləri:


Orijinal Vine arxivi yenidən əlçatan olub. İcma tərəfindən qorunan minlərlə köhnə video platformada yenidən paylaşılır.

Süni intellekt filtri tətbiq olunub. diVine, AI ilə yaradılmış videoları aşkar edən sistemdən istifadə edərək “insan tərəfindən hazırlanmış” məzmunu önə çıxarmağı hədəfləyir.

Mərkəzləşdirilməmiş protokol üzərində qurulub. Açıq mənbə sistem gələcəkdə müstəqil tərtibatçılara platformaya töhfə verməyə imkan yaradacaq.

Ekspertlərə görə, Vine arxivinin yenidən açılması rəqəmsal mədəniyyətin qorunması baxımından mühüm addımdır. Platforma həmçinin sosial mediada süni intellektin artan təsirinə qarşı “insan mərkəzli” məzmun konsepsiyasını ön plana çıxarır.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər