"Meta" süperzəka üçün nəhəng data mərkəzləri qurur

"Meta" süperzəka üçün nəhəng data mərkəzləri qurur
15.07.2025 19:30 İKT

"Meta" rəhbəri Mark Zukerberq “Prometheus” adlı ilk çox gigavatlıq data mərkəzinin 2026-cı ildə Ohayoda istifadəyə veriləcəyini açıqlayıb. İkinci mərkəz olan “Hyperion” isə Luizianada inşa ediləcək və 2030-cu ilə qədər tam gücə çatacaq.

TodayPress TV xəbər verir ki, Zukerberq bu mərkəzlərin “süperzəka” adlandırdıqları yüksək səviyyəli süni intellekt sistemləri üçün qurulduğunu və bəzilərinin Manhettan adası qədər ərazini əhatə etdiyini bildirib.

O qeyd edib ki, "Meta" bu məqsədlə yüz milyardlarla dollar sərmayə yatırır.

Şirkət 2024-cü ildə 160 milyard dollardan çox gəlir əldə edib. "Meta"nın əsas qazancı hələ də onlayn reklamlardan formalaşır. Analitiklər bildirirlər ki, "Meta" süni intellekt yarışında lider olmaq üçün bütün resurslarını səfərbər edir.

Eyni zamanda, bu texnologiyaların ciddi enerji və su sərfiyyatı yaratdığına diqqət çəkilir. Tədqiqatlara görə, AI əsaslı data mərkəzləri 2027-ci ilə qədər qlobal miqyasda 1,7 trilyon qallon su istifadə edə bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUN 2026
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Bütün Xəbərlər