Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO

Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO
15.06.2026 10:09 Dünya

Ukraynanın paytaxtı Kiyev son ayların ən ağır hava hücumlarından birini yaşayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Kyiv İndependent" məlumat yayıb.

Məlumat görə, Rusiya ordusunun gecə boyu həyata keçirdiyi raket və dron zərbələri nəticəsində Ukrayna paytaxtının bir çox rayonunda güclü partlayışlar, yanğınlar və dağıntılar qeydə alınıb. 

Şəhər rəhbərliyindən bildirilib ki, hücum zamanı tarixi Kiyev Peçersk Lavra ərazisində yanğın baş verib. UNESCO irsi siyahısında olan dini kompleksin alova bürünməsi dünya mediasında geniş rezonans doğurub. 

Zərbələr nəticəsində yaşayış binaları, yataqxanalar, anbarlar, uşaq bağçaları və təhsil müəssisələri zədələnib. "Comfort Town" yaşayış kompleksi və Dovzhenko Film Studiyası da hücumdan zərər görən obyektlər arasındadır. Bir sıra ərazilərdə dağıntılar genişmiqyaslı yanğınlara səbəb olub, onlarla avtomobil yanaraq yararsız hala düşüb. 

Hücum elektrik infrastrukturuna da ciddi zərbə vurub. Kiyevin şimal hissəsində təxminən 140 min abonent işıqsız qalıb. 

İlkin məlumata əsasən, hücum nəticəsində azı 4 nəfər həlak olub, 23 nəfər yaralanıb. Yaralılar arasında bir uşağın və hamilə qadının olduğu bildirilir. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Bütün Xəbərlər