Lənkəran və Masallıda şagirdlər üçün erkən nikahla bağlı maarifləndirici tədbirlər keçirildi - FOTOLAR
2022-ci ilin may ayında "Beynəlxalq Humanistika İnstitutu" İctimai Birliyi tərəfindən Lənkəran şəhər 6 nömrəli tam orta məktəb-liseydə və Masallı şəhər 2 nömrəli tam orta məktəbdə erkən nikahın qarşısının alınması və onun fəsadları ilə bağlı maarifləndirici tədbirlər keçirilib.
TodayPress TV xəbər verir ki, tədbirlər zamanı erkən nikahın sosial, psixoloji və hüquqi nəticələri, təhsilin gənclərin gələcəyində rolu, sağlam ailə dəyərlərinin formalaşdırılması və gənclərin öz gələcəkləri ilə bağlı düzgün seçim etmələrinin əhəmiyyəti barədə məlumat verilib.
Şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.