COP29 Sədri COP30-da iqlim maliyyələşməsində 1,3 trilyon dollarlıq hədəfə çağırış etdi

COP29 Sədri COP30-da iqlim maliyyələşməsində 1,3 trilyon dollarlıq hədəfə çağırış etdi
16.11.2025 09:18 Tədbirlər

Braziliyanın Belemdə keçirilən COP30 çərçivəsində COP29 və COP30 sədrliyinin təşkilatçılığı və dəstəyi ilə “Bakıdan Belemə Yol Xəritəsi” mövzusunda yüksək səviyyəli sessiya təşkil olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Sədri Muxtar Babayev iqlim maliyyəsinin gələcək hədəfləri və qlobal əməkdaşlığın gücləndirilməsi barədə vacib mesajlar verib.

“Bakıdan Belemə Yol Xəritəsi” göstərir ki, 2035-ci ilə qədər illik 1,3 trilyon dollarlıq iqlim maliyyələşməsi hədəfi tamamilə mümkündür. Amma bunun üçün böyük siyasi iradə, davamlı diqqət və bütün maraqlı tərəflərin güclü koordinasiyası şərtdir”, – deyə M.Babayev bildirib.

COP29 Sədri vurğulayıb ki, proses həmin dövlətlərin yeni iqlim planlarını hazırladığı dövrə təsadüf edir və onların ən yüksək ambisiyalarla işləməsi üçün ciddi sərmayələrə ehtiyac var:

“İndiyədək iqlim maliyyələşməsi inkişaf etməkdə olan ölkələrə tələb olunan sürətlə və miqyasda çatmayıb. Əgər ölkələr iqlim dəyişikliyinin təsirlərini azaltmaq və uyğunlaşmaq istəyirlərsə, onların kapitala çıxışları təmin edilməlidir”.

Muxtar Babayev xüsusilə 300 milyard dollarlıq dövlət maliyyələşməsi öhdəliyinin əhəmiyyətini vurğulayıb:

“Bu, Bakı Maliyyə Hədəfinin əsas sütunudur. Dotasiya və güzəştli maliyyə yardımı ən az məsuliyyət daşıyan, lakin ən ağır təsirlərlə üzləşən ölkələr üçün həyati əhəmiyyət daşıyır”.

Tədbirdə “Bakıdan Belemə Yol xəritəsi”nin həm hökumətlərarası, həm də hökumətə aid olmayan aktorların təqdim etdiyi 227 yazılı təklif əsasında formalaşdırıldığı vurğulanıb. M.Babayev əlavə edib ki, COP29 Sədri kimi Azərbaycanın öhdəliyi davam edir:

“Verilən sözlərə görə donorları məsuliyyətə cəlb edəcəyik. Hər bir ölkə iqlim maliyyələşməsinə töhfə planını açıqlamalıdır”.

COP29-un Baş danışıqçısı və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29-un əsas nailiyyətləri və Azərbaycan diplomatiyasının iqlimdə rolu haqqında danışıb.

Y.Rəfiyev “Bakıdan Belemə” anlayışının yalnız texniki keçid deyil, həm də məqsədlərin davamlılığı və ümumi məsuliyyətin təcəssümü olduğunu qeyd edib.

Azərbaycan COP29-un Sədrliyi ilə iqlim diplomatiyasında mühüm dönüş yaradıb və elmi biliklərə əsaslanan, inklüziv və nəticəyə yönəlmiş əməkdaşlıq modelini təşviq edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) icraçı katibi Saymon Stil iqlim maliyyələşməsinin qlobal iqlim fəaliyyətində əsas rol oynadığını bildirib:

“İqlim maliyyələşməsi uğurlu iqlim tədbirlərinin təməlidir. O planları irəliyə doğru konkret addımlara çevirir, ambisiyaları gerçəkləşdirir. “Bakıdan–Belemə Yol Xəritəsi” güclü bir etimad siqnalıdır – 2035-ci ilədək illik 1,3 trilyon dollar həcmində iqlim maliyyələşməsi həm real, həm də zəruridir. Bu, yüksək ambisiya ilə real fəaliyyət arasında körpü rolunu oynayır”.

Tədbir çərçivəsində Uqanda, Çad, Qvineya-Bisau və İraqla bağlı “Bakı İqlim və Sülh fəaliyyət Mərkəzi” çərçivəsində icra ediləcək pilot layihələr də elan olunub. Layihələr çətin iqlim şəraitində yaşayan icmalara dair maliyyələşdiriləbilən həll yollarını əhatə edir.

Muxtar Babayev nitqini belə yekunlaşdırıb:

“COP30 ilə biz Paris Sazişinin ilk tam icra dövrünə qədəm qoyuruq. Bu onillik iqlim maliyyələşməsi sahəsində Yol Xəritəsinin rəhbərliyi altında irəliləməlidir”.

“Mən cəmi beş gün əvvəl seçilmişəm və COP Sədri olaraq qarşıdakı 360 gün ərzində bu 1,3 trilyon dollarlıq məqsədin reallığa daha da yaxınlaşması üçün lazım olan hər şeyi etməyə davam edəcəyəm”, - deyə COP30-un Sədri, braziliyalı səfir Andre Korrea do Lago bildirib.

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bu gecə Rusiya-Ukrayna arasında nə baş verəcək? Zelenski XƏBƏRDARLIQ ETDİ 23:45 ABŞ İrana TƏCİLİ xəbərdarlıq etdi: Güclü zərbələr olacaq 23:39 15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı 23:17 Ukraynanın F-16-sı qəfil sıradan çıxdı - Pilot son anda xilas oldu 23:02 Neft qiymətləri kəskin bahalaşdı - SƏBƏB 22:53 Zelenski Polşaya niyə getdi? - Bu məsələlər müzakirə edildi 22:28 “Fənərbağça”nın oyunu qəfil dayandırıldı - VİDEO 22:38 Misirdə güclü partlayış - VİDEO 22:11 Azərbaycan güləşçiləri dünya ikincisi oldular 22:16 Bütün Xəbərlər