Belarus səfiri: İki ölkə arasında əməkdaşlığın coğrafiyası Qarabağa qədər genişlənib

Belarus səfiri: İki ölkə arasında əməkdaşlığın coğrafiyası Qarabağa qədər genişlənib
30.06.2026 20:06 COP

Bakıda Belarus Respublikasının Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib. Tədbirdə çıxış edən Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç iki ölkə arasında strateji tərəfdaşlığın inkişafından, iqtisadi əməkdaşlığın genişlənməsindən və turizm potensialından danışıb.

TodayPress TV xəbər verir ki, səfir çıxışında Belarusun turizm imkanlarına toxunaraq bildirib ki, ölkə birtərəfli qaydada 76 dövlətin, o cümlədən Avropanın 38 ölkəsinin vətəndaşları üçün vizasız giriş rejimi tətbiq edib. 

Onun sözlərinə görə, təkcə ötən il bu imkandan 225 min avropalı istifadə edib.

Dmitri Pineviç Azərbaycan və Belarus arasında əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayaraq bildirib ki, prezidentlər Aleksandr Lukaşenko və İlham Əliyevin rəhbərliyi ilə ölkələr arasında strateji tərəfdaşlıq daha da möhkəmlənir.

“Ölkələrimiz arasında siyasi dialoq, humanitar əlaqələr və birbaşa regional təmaslar inkişaf edir. Bu isə qarşılıqlı ticarət dövriyyəsinin artmasında və birgə kooperasiya layihələrinin sayının çoxalmasında öz əksini tapır”, – deyə səfir bildirib.

Peşəcə həkim olduğunu xatırladan diplomat Belarusun tibbi turizm sahəsində də mühüm imkanlara malik olduğunu qeyd edib.

“Belarusda istirahətin üstünlüklərindən biri onun peşəkar müalicə ilə birləşdirilməsidir. Hər il 170 mindən çox xarici vətəndaş bu məqsədlə ölkəmizə müraciət edir”, – deyə o bildirib.

Səfir əlavə edib ki, Belarusda sənaye turizmi də sürətlə inkişaf edir. Hazırda 130 müəssisə, o cümlədən BelAZ, MTZ və MAZ turistlərin üzünə açıqdır. Onun sözlərinə görə, məhz bu müəssisələr Azərbaycan və Belarus arasında sənaye kooperasiyasının yüksək səviyyəsini nümayiş etdirir.

Dmitri Pineviç ötən il ərzində iki ölkə arasında intensiv siyasi və iqtisadi təmasların həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, hökumət başçılarının, baş nazir müavinlərinin, hökumətlərarası komissiyaların həmsədrlərinin, Belarus Milli Assambleyası Nümayəndələr Palatası sədrinin və bir sıra nazirlik nümayəndələrinin qarşılıqlı səfərləri baş tutub. Bundan əlavə, biznes dairələrinin nümayəndələri tərəfindən 40 qarşılıqlı səfər təşkil edilib.

Səfir vurğulayıb ki, birgə layihələrin coğrafiyası demək olar ki, bütün Azərbaycanı əhatə edir.

“Bu layihələr Bakı, Gəncə və Sumqayıtdan Şəki, Qəbələ, Ağdam, Xankəndi və bütövlükdə Qarabağa qədər geniş əraziləri əhatə edir”, – deyə diplomat qeyd edib.

Çıxışında Belarus nümayəndə heyətinin Ümumdünya Şəhərsalma Forumunda iştirakını da xatırladan səfir forumun yüksək səviyyədə təşkil olunması münasibətilə Azərbaycanı təbrik edib.

O, nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib və forumun diplomatik korpus tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb. Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyinin himayəsi altında diplomatik korpusun birgə fəaliyyətinə görə minnətdarlığını ifadə edib.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 августа 2026
Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Rusiya NATO-nun qapısına qədər gəlib - Peykdən görüntülər 21:10 Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi məlum oldu 18:18 Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək? 20:45 Pentaqon çarəsiz qaldı - Hörmüzdə plan tapa bilmir 20:33 Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi 20:20 ABŞ səfirliyi 40 min manat maaşa işçi axtarır 20:10 “Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış 20:01 Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO 19:49 Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi? 19:54 Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ! 19:16 Almanlar kütləvi şəkildə orduya gedir - 13 ilin rekordu 19:23 Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR 19:13 Kuşner Netanyahunu 4 saat “dilə tutdu” 19:07 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 Все новости