Samir Şərifov: Azərbaycan və Belarus zamanın sınağından çıxmış iki etibarlı dostdur

Samir Şərifov: Azərbaycan və Belarus zamanın sınağından çıxmış iki etibarlı dostdur
30.06.2026 20:09 Tədbirlər

“Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq qarşılıqlı etimad və dövlət başçılarının siyasi iradəsi əsasında uğurla inkişaf edir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Bakıda Belarus Respublikasının Müstəqillik Günü münasibətilə təşkil olunan rəsmi qəbulda çıxışı zamanı deyib.

Samir Şərifov bildirib ki, Azərbaycan ilə Belarus arasında ənənəvi olaraq sıx dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Onun sözlərinə görə, 1993-cü ildə diplomatik münasibətlərin qurulmasından ötən müddətdə ikitərəfli əlaqələr ardıcıl şəkildə inkişaf edərək qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyəsinə yüksəlib.

Baş nazirin müavini vurğulayıb ki, bu nailiyyətlərin əldə olunmasında qarşılıqlı etimada əsaslanan dialoq, birgə səylər, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun güclü siyasi iradəsi həlledici rol oynayıb:

“Ali səviyyədə keçirilən müntəzəm görüşlər və fəal fikir mübadiləsi iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə yüksək dinamika ilə inkişafını təmin edir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ildə Azərbaycana dövlət səfəri münasibətlərin inkişafında mühüm mərhələ oldu. Səfər zamanı qarşılıqlı faydalı tərəfdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edildi, əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivli istiqamətlər müəyyənləşdirildi. Bu istiqamətlərin praktik məzmunla zənginləşdirilməsi məqsədilə kənd təsərrüfatı, gömrük işi, turizm, kiçik və orta sahibkarlığın inkişafı sahələrini əhatə edən bir sıra mühüm sənədlər imzalandı”.

Samir Şərifov xüsusi olaraq vurğulayıb ki, dövlət səfəri çərçivəsində Prezident Aleksandr Lukaşenko Qarabağa səfər edib, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olub. O xatırladıb ki, Belarus Prezidenti Şuşada çıxışı zamanı Belarusun dövlət qurumları və şirkətlərinin Qarabağın və Şərqi Zəngəzurun bərpasında iştirak edəcəyini bəyan edib:

“Azərbaycan Belarusla dostluq və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda bütün sahələr üzrə əməkdaşlığı davam etdirmək əzmindədir. Prezident İlham Əliyev də Azərbaycan və Belarusu zamanın sınağından çıxmış iki etibarlı dost adlandırıb”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bu ərazilərdə QAZ olmayacaq 20:43 Hakan Fidan Ankarda Aİ rəsmiləri ilə görüşdü 21:03 Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR 20:26 Samir Şərifov: Ağdamda Belarusla birgə lift zavodu və quşçuluq kompleksi yaradılır 20:46 "Zirə" yoxlama oyununda "Iğdır" klubuna məğlub oldu 20:40 Türkmənistan Azərbaycanın hədiyyəsini belə qarşıladı - VİDEO 20:36 Litva ölkə tarixində ən gənc Baş nazirini SEÇDİ 20:14 Papua-Yeni Qvineya sahillərində zəlzələ oldu 20:08 Samir Şərifov: Azərbaycan və Belarus zamanın sınağından çıxmış iki etibarlı dostdur 20:09 Belarus səfiri: İki ölkə arasında əməkdaşlığın coğrafiyası Qarabağa qədər genişlənib 20:06 Türkiyə-İsrail gərginliyində Azərbaycan işığı 19:59 Kuba ABŞ ilə dialoqa hazırdır, lakin bir şərtlə... 19:48 Dünyada rekord sayda milyarder qeydə alındı - Lider... 19:31 Bakıda 30 il əvvəl törədilən qətlin istintaqı tamamlandı 19:03 Niderland ordusu 2028-ci ilədək Litvada qalacaq? - Krallıq bəyan etdi 18:21 "Sovetski"də qanunsuz sökülən evin taleyi necə oldu? 18:29 Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda yeddinci nümunəvi çimərlik açıldı 18:24 Ceyhun Bayramov Katrin Bomberger ilə görüşdü 18:11 Toza, palçığa və çirklənməyə meydan oxuyan silah: SIG516 platformasının 15 illik qlobal uğur xronikası 17:49 Arazdan sonra Azərbaycanın ən böyük dərdi Şəhriyarın Bakıya qovuşmaması idi... 17:46 Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı 17:33 Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi 17:19 Dəmir çatışmazlığı necə hiss olunur? Əlamətlər və dəstəkləyici təbii yollar 16:05 Kiberpolis qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstəni ifşa etdi 17:11 İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı 16:59 Bütün Xəbərlər