“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO

“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
27.06.2026 17:40

Təsdiq olunmuş əməkdaşlıq planına əsasən, Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında keçirilən “Qafqaz Qartalı - 2026” birgə taktiki-xüsusi təlimi başa çatıb.

Müdafiə Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, təlimin bağlanış mərasimində iştirakçı ölkələrdən yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Çıxış edənlər təlimin uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib, hər üç ölkənin xüsusi təyinatlı bölmələrinin birgə fəaliyyətlərindən məmnunluqlarını bildiriblər.

Təlimin ölkələrimiz arasında təhlükəsizlik və müdafiə sahəsində regional əməkdaşlığın, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğu bildirilib.

Təlim zamanı xüsusi təyinatlılar şərti hədəfə basqın, yarımqruplar tərkibində binanın təmizlənməsi, mühəndis partlayışlarının həyata keçirilməsi, helikopterlərdən desant endirilməsi, şərti düşmənin zərərsizləşdirilməsi və digər epizodlar üzrə tapşırıqları yerinə yetiriblər.

İştirakçı ölkələrin yüksək rütbəli zabitləri təlimin gedişini izləyiblər. Xüsusi təyinatlıların fəaliyyətləri təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.


TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
27 июня 2026
İran ABŞ-ni ittiham etdi - SEPAH və XİN-dən iki mühüm bəyanat 19:52 ABŞ Venesuelaya qüvvələr göndərdi - VİDEO 19:33 "UFC Fight Night Baku": Türkiyə təmsilçisi nokautla qələbə qazandı 18:14 İran Azərbaycana hücum etməyə hazırlaşırdı, Pezeşkian qarşısını aldı 19:29 Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə etdi 19:21 "Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşdi 19:08 Müqavimət davam edəcək - "Hizbullah" bəyanat yaydı 18:41 Əfqanıstanda 5,8 maqnitudalı güclü zəlzələ 18:21 Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA 16:13 “Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO 16:52 Çin turnirində Azərbaycan bayrağı ucaldı - Cüdoçular medal qazandılar 16:34 Xalq şairinin vəziyyəti barədə AÇIQLAMA 17:08 "Apple" Çinlə bağlı Tramp administrasiyasından xüsusi icazə istədi 15:11 Tehranın iki bölgəsində partlayışlar baş verdi 15:39 Rusiyadan ABŞ-ni qıcıqlandıracaq təklif: İrana yardım edəcək 15:22 Rusiya Ukraynaya məxsus “MiQ-29” təyyarəsini vurdu - VİDEO 16:20 Ermənistan MSK: Seçkilərin nəticəsinə təsir edən qanun pozuntusu olmayıb 16:29 ABŞ-nin İsrailə sözü düz gəlmədi - Dəstəyi zəifləyə bilər 15:17 64 yaşlı kişi hərbi xidmətə çağırıldı 15:43 Hörmüz boğazında neft tankeri vuruldu 15:05 Naxçıvana uçuşlar ləğv edildi - SƏBƏB 14:54 На Марсе обнаружены сложные органические соединения — ученые бьют тревогу 13:49 Qlobal bazar üçün kritik qərar – Səudiyyə Ərəbistanı neft axınını bərpa etdi 14:48 "iPhone 18"yeniliklə gəlir: "Apple" RAM texnologiyasına keçə bilər 13:12 Trampdan Con Boltona sərt ittihamlar – “Ümid edirəm ağır cəza alacaq” 13:19 Все новости