10 il sonra hərbi xəstəxanalar yenidən gündəmdə: Türkiyə qərarını dəyişir?

10 il sonra hərbi xəstəxanalar yenidən gündəmdə: Türkiyə qərarını dəyişir?
03.07.2026 21:00

Türkiyədə 2016-cı ilin iyul ayında çevrilişə cəhd hadisələrindən sonra start verilən genişmiqyaslı struktur islahatları ordu daxilində komandanlıq zəncirini yenidən formalaşdırmaq və idarəetməni mərkəzləşdirmək məqsədi daşıyır.

Bu prosesin ən çox müzakirə edilən addımı isə Gülhanə Hərbi Tibb Akademiyası (GATA) başda olmaqla, hərbi qospital və xəstəxanaların Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi qərarıdır.

Faktiki olaraq hərbi statusu dəyişdirilən bu müəssisələrin mülkiləşdirilməsi ötən on ilə yaxın müddətdə həm müsbət tərəfləri, həm də doğurduğu praktik ehtiyaclarla Türkiyənin gündəmində qalmağa davam edir.

Qərarın icrasına rəsmi əsas kimi ilk növbədə dövlət təhlükəsizliyini təmin etmək və ordu strukturlarını qeyri-qanuni şəbəkələrin təsirindən tamamilə təmizləmək zərurəti göstərilir.

İslahat nəticəsində hərbi təhsil və tibb müəssisələri Silahlı Qüvvələrin birbaşa tabeliyindən çıxarılaraq mülki sistemə inteqrasiya olunur. Bu addım resursların vahid mərkəzdən idarə edilməsi və böyük tibb komplekslərinin qapılarının sıravi vətəndaşların da üzünə açılması baxımından mülki səhiyyənin yükünü müəyyən dərəcədə yüngülləşdirir.

Digər tərəfdən, hərbi ekspertlər və səhiyyə mütəxəssisləri bu yeni modelin zamanla bəzi spesifik boşluqlar yaratdığını da qeyd edirlər. Xüsusilə döyüş meydanı psixologiyası, odlu silah və qəlpə yaralanmaları, sualtı və aviasiya təbabəti kimi sırf hərbi sahələrdə kadr hazırlığı zəncirinin kəsilməsi əsas müzakirə mövzusudur.

Terrorla mübarizə və sərhədyanı əməliyyatların aktiv fazasında mülki sistemdən ezam olunan həkimlərin sahə şərtlərinə və ordu nizam-intizamına uyğunlaşması müəyyən bir keçid dövrü tələb edir ki, bu da praktikada özünü göstərir. həmçinin, xəstəxanalardakı ümumi sıxlıq hərbi heyətin və xüsusi reabilitasiyaya ehtiyacı olan qazilərin növbəsiz və tam spesifik şəraitdə müalicə alması imkanlarını da gündəmə gətirir.

Bu səbəbdən cəmiyyətdə və siyasi arenada qərara münasibət fərqlidir. Bir tərəf islahatın dövlət çevrilişi risklərini sıfırlamaq və mülki-hərbi balansını qorumaq üçün qaçılmaz olduğunu müdafiə edirsə, qarşı tərəf aparıcı dünya dövlətlərinin öz müstəqil hərbi-tibb sistemlərini saxladığını nümunə gətirərək bu addımın təhlükəsizlik riskləri yaratdığını düşünür.

Hazırda regionda artan gərginlik və Türkiyə Silahlı Qüvvələrinin transsərhəd əməliyyatlarının coğrafiyası hərbi sahədə xüsusi tibb xidmətinin bərpası mövzusunu yenidən masaya gətirir.

Ankara tamamilə 2016-cı ildən əvvəlki köhnə struktura qayıtmağı planlaşdırmasa da, milli təhlükəsizlik reallıqlarına uyğun hibrid bir modelin tətbiqi artıq qaçılmaz hesab olunur.

Bu çərçivədə Milli Müdafiə Universitetinin nəzdində sırf ordu üçün kadr yetişdirəcək hərbi tibb fakültələrinin açılması və terrorla mübarizənin aktiv getdiyi strateji sərhəd bölgələrində birbaşa Müdafiə Nazirliyinə tabe olan mobil və ya stasionar qospitalların qurulması ən real ssenari kimi dəyərləndirilir.

Nicat Osmanlı

ЛЕНТА НОВОСТЕЙ
18 августа 2026
Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Все новости