Zelenskidən CƏSARƏTLİ MANEVR: Bu çağırış Rusiyanı ALT-ÜST edəcək!

Zelenskidən CƏSARƏTLİ MANEVR: Bu çağırış Rusiyanı ALT-ÜST edəcək!
10.12.2025 16:37

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropanı ölkədə keçiriləcək seçkilərin təhlükəsizliyini təmin etməyə çağırıb. O bildirib ki, beynəlxalq dəstək olarsa, Ukrayna 60–90 gün ərzində seçkilərə hazır olacaq.

Maraqlıdır, Avropa və ABŞ Ukraynada seçkilərin təhlükəsizliyini real olaraq təmin edə biləcəkmi? Onların buna imkanları varmı?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Zelenskinin bu addımı Rusiyanın seçki təzyiqini qabaqlayan ağıllı gedişdir:


“Prezident Volodimir Zelenskinin Avropa və ABŞ-ni Ukraynada seçkilərin təhlükəsizliyini təmin etməyə çağırması olduqca dəqiq və düşünülmüş manevrdir. Normal hallarda fors-major situasiyalarda, o cümlədən müharibə şəraitində seçkilərin keçirilməsi mümkün sayılmır. Ancaq son vaxtlar xüsusilə Kreml Ukraynaya kapitulyasiya sənədi imzalatmaq məqsədilə prezident və parlament seçkilərinin keçirilməsini tələb edir. Məqsəd isə Rusiyaya daha loyallıq göstərən bir hökumətin formalaşdırılmasıdır. 

Analitikin fikrincə, əsas məqsəd “Tramp planı”na imza atacaq yeni hökumət formalaşdırmaqdır:

ABŞ-də Zelenskinin qətiyyətli mövqeyi narahatlıq doğurur. Çünki Zelenski hökuməti Kremldə hazırlanmış ‘Tramp planı’nı qəbul etmir.  Ona görə də Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması və həmin plana imza atacaq yeni bir hökumətin formalaşdırılması gündəmə gətirilir. Bu tələbi həm ABŞ, həm Rusiya, həm də Böyük Britaniya açıq şəkildə irəli sürür”.

Ekspert vurğulayıb ki, indi əsas sual ABŞ və Aİ-nin Zelenskinin çağırışına hansı cavabı verəcəyidir:

“Zelenski açıq şəkildə bəyan etdi ki, əgər Ukraynada seçkilərin təhlükəsizliyinə zəmanət verilərsə, o zaman ölkə 60–90 gün ərzində seçkilər keçirməyə hazırdır. İndi maraq doğuran əsas məsələ ABŞ və Avropa Birliyinin bu çağırışa verəcəyi cavabdır”.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Все новости