ABŞ tarixinin ən uzun “şatdaun”u bitdi: Milli maraqlar və təhlükəsizlik ön planda

ABŞ tarixinin ən uzun “şatdaun”u bitdi: Milli maraqlar və təhlükəsizlik ön planda
13.11.2025 16:56

ABŞ tarixinin ən uzun hökumət bağlanması – yəni “şatdaun” – rəsmi olaraq başa çatıb. Senat və Nümayəndələr Palatası hökumətin maliyyələşməsi ilə bağlı qanun layihəsini səs çoxluğu ilə qəbul etdikdən sonra, Prezident Donald Tramp sənədi imzalayıb. Yeni qanun hökumətin 30 yanvaradək maliyyələşməsini nəzərdə tutur.

Oktyabrın 1-də başlayan bağlanma 43 gün davam edib və ABŞ tarixində ən uzun şatdaun kimi qeydə alınıb.  Maraqlıdır, 43 günlük şatdaunun başa çatmasına Vaşinqtonda siyasi sabitliyin bərpası demək olarmı?  Yoxsa bu Tramp administrasiyası ilə Konqres arasında daha dərin struktur ziddiyyətlərin göstəricisidir?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Natiq Miri bildirib ki, qərar ABŞ-də siyasi və iqtisadi iflici aradan qaldıraraq hakimiyyətin fəaliyyətini bərpa etməyə yönəlib:


"Əvvəla, bu qərar siyasi hakimiyyətin və hökumətin fəaliyyətinə imkan yaradacaq, çünki ölkə uzun müddət iflic vəziyyətində idi. Bir çox dövlət strukturları maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini dayandırmış, əməkdaşlar məcburi məzuniyyətə göndərilmişdi. Bununla yanaşı, yaranmış vəziyyət ölkə iqtisadiyyatına milyardlarla dollar zərər vurmuşdu. Bu səbəbdən, hazırkı qərar ilk növbədə siyasi sabitliyin qismən bərpasına xidmət edir".

O hesab edir ki, Trampın siyasəti ABŞ-də cəmiyyəti dərin şəkildə qütbləşdirib və qarşıdurma mühiti yaradıb:

"Lakin uzunmüddətli perspektivdə ölkə daxilində sabitlik nisbidir. Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ cəmiyyətində ciddi qütbləşmə müşahidə olunur. Onun bəzi dini və sosial baxışları, ağdərilərə üstünlük verməsi və digər etnik qruplara ikinci dərəcəli münasibəti bu parçalanmanı dərinləşdirib. Həmçinin rəqib qüvvələri və müxalifəti “düşmən” kimi görmək siyasəti ABŞ-də əvvəllər mövcud olmayan qarşıdurma mühitini formalaşdırıb".

Ekspert qeyd edib ki, siyasi ziddiyyətlər "şatdaun"u uzatsa da, demokratların dəstəyi ilə hökumət fəaliyyəti bərpa olundu:

"Şatdaun”un (hökumətin maliyyələşməsinin dayandırılması) bu qədər uzun çəkməsinin əsas səbəbi də məhz bu siyasi ziddiyyətlər idi. Demokratlar, razılaşmadıqları məqamlar olduğuna görə büdcə layihəsinin qəbuluna mane olurdular. Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının tam iştirakı belə qərarın qəbuluna kifayət etmirdi. Qərarın qəbul edilməsi üçün demokratlardan azı iki nəfərin səsinə ehtiyac yaranmışdı və nəticədə altı demokrat bu qərarın lehinə səs verərək maliyyələşmənin bərpasına dəstək verib. Bu addım ABŞ-nin milli maraqları və təhlükəsizliyi baxımından atılmış zəruri addım idi".

N.Mirinin fikrincə, siyasi razılaşma münaqişəni aradan qaldırmayıb:

"Bununla belə, bu razılaşma siyasi qüvvələr arasında barış mühitinin formalaşdığını göstərmir. Donald Tramp hələ də rəqiblərini sıradan çıxarmaq siyasətini davam etdirir ki, bu da gələcəkdə qarşıdurma və qütbləşməni daha da gücləndirəcək. ABŞ-də yaranmış vəziyyət təkcə Tramp administrasiyası ilə Konqres arasındakı ziddiyyətlərdən qaynaqlanmır. Əsas səbəb Respublikaçılar və Demokratlar arasında dərin siyasi uçurumdur. Əvvəllər bu rəqabət sivil çərçivədə aparılırdı, lakin indi qarşılıqlı düşmənçiliyə çevrilib".

Politoloq həmçinin vurğulayıb ki, hazırkı siyasət ölkə daxilində gərginliyi, beynəlxalq aləmdə isə narazılığı dərinləşdirir:

"Trampın siyasətində qisasçılıq, irqçilik və populizm elementləri açıq şəkildə görünür. O, məhkəmə, prokurorluq və xüsusi xidmət orqanlarında ona qarşı çıxan şəxsləri vəzifədən uzaqlaşdırmaq və cəzalandırmaq siyasəti yürüdür. Bu yanaşma ABŞ cəmiyyətində gərginliyi daha da artırır. Eyni zamanda, Trampın Latın Amerikası xalqlarına və fərqli etnik qruplara münasibəti beynəlxalq aləmdə də mənfi reaksiya doğurur".

Ekspertin sözlərinə görə, ABŞ-də siyasi və mənəvi tənəzzül cəmiyyətdə parçalanmanı artırır:

"Bununla belə, Demokratların da fəaliyyətində korrupsiya və mənəvi aşınma hallarının olması danılmazdır. Nəticədə, bütövlükdə Amerika cəmiyyəti dərin siyasi və mənəvi böhran içindədir. Əxlaqi dəyərlərin tənəzzülü, qarşılıqlı nifrət və qütbləşmə ABŞ-nin hegemon dövlət statusuna kölgə salır. Yekun olaraq, ABŞ-də həm Respublikaçılar, həm də Demokratlar arasında siyasi və mənəvi aşınma prosesi gedir. Bu isə ölkə daxilində parçalanma və qarşıdurma meyillərini daha da gücləndirir".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Bütün Xəbərlər