Ermənistanda KARTLAR PAYLANILIR: “Daxili və xarici siyasətdə ciddi dəyişikliklər olacaq ” – ŞƏRH

Ermənistanda KARTLAR PAYLANILIR: “Daxili və xarici siyasətdə ciddi dəyişikliklər olacaq ” – ŞƏRH
05.01.2026 16:10

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Avropa Siyasi Birliyinin 2026-cı ilin mayında İrəvanda keçirilməsi planlaşdırılan sammiti ilə bağlı müxalifətə ciddi çağırış edib. O, müxalif qüvvələri bütün daxili ziddiyyətləri bir kənara qoyaraq Avropa tərəfinə birgə məktubla müraciət etməyə və sammitin təxirə salınmasını tələb etməyə səsləyib.

Oskanyan bəyan edib ki, parlament seçkilərinə cəmi bir neçə həftə qalmış belə yüksək səviyyəli beynəlxalq tədbirin keçirilməsi istənilən halda Baş nazir Nikol Paşinyanın legitimləşdirilməsi kimi yozulacaq. Onun fikrincə, bu proses hakimiyyətin əlini daha da gücləndirir və müxalif düşərgəyə qarşı repressiyalar, eləcə də azad medianın sıxışdırılması üçün siyasi zəmin yaradır.

Oskanyanın açıqlamalarını TodayPress TV-yə şərh edən politoloq Çingiz Şahbazi bildirib ki, bu açıqlamalar təsadüfi deyil və bu, ölkədə Baş nazir Nikol Paşinyanın yürütdüyü siyasət fonunda formalaşan köhnə və yeni siyasi qütblər arasındakı qarşıdurmanın açıq ifadəsidir:


“Vardan Oskanyan 1998–2008-ci illərdə sabiq prezidentlər Robert Köçəryan–Serj Sarkisyan dövründə Ermənistanın xarici işlər naziri olub. O, qərbyönümlü mövqeyi ilə seçilən və eyni zamanda “Qarabağ klanı”nın diplomatik qanadına yaxın fiqur kimi tanınır. Uzun müddət aktiv siyasətdə görünməsə də, məhz kritik mərhələlərdə ortaya çıxması onun üçün xarakterikdir”.

Ekspert qeyd edib ki, Oskanyanın seçki öncəsi bu cür müraciətlə çıxış etməsi pərdə arxasında daha geniş siyasi proseslərin baş verdiyini göstərir: 

“Əslində bu, müəyyən siyasi qüvvələrin Paşinyanın mövqeyini zəiflətmək məqsədilə Oskanyanı önə çıxarmasıdır. Məhz Oskanyanın seçilməsi təsadüfi deyil. O, qərbyönümlü siyasətçi kimi Qərbin siyasi dairələrinə daha asan çıxışı olan fiqurdur və bu tip mesajların onun vasitəsilə ötürülməsi daha effektiv hesab olunur”. 

Ç. Şahbazi bildirib ki, Oskanyanın irəli sürdüyü arqumentlərin bir qismi real siyasi risklərə əsaslanır:  


“Avropa Siyasi Birliyinin İrəvanda keçirilməsi planlaşdırılan sammiti Paşinyan üçün beynəlxalq legitimlik alətinə çevrilə bilər. Bu sammit seçki öncəsi ona “Qərb tərəfindən qəbul edilən lider” imici qazandırır. Oskanyanın əsas mesajı ondan ibarətdir ki, bu sammit Paşinyan üçün siyasi qalxan rolunu oynayır və dolayısı ilə Qərbə “Paşinyanın legitimliyini təmin etməyin” əleyhinə çağırış edilir”.

Politoloqun sözlərinə görə, bu yanaşma Qərbin Ermənistanın daxili siyasi proseslərinə açıq şəkildə müdaxilə etməməsi mesajını da ehtiva edir:

“Oskanyan faktiki olaraq Qərbə Paşinyanı açıq şəkildə himayə etməmək və Ermənistanın daxili işlərinə birbaşa təsir göstərməkdən çəkinmək çağırışı edir. Oskanyanın vahid namizəd ətrafında birləşmə çağırışı da təsadüfi deyil və bu, siyasi mübarizənin yeni mərhələyə keçdiyini göstərir. Ermənistanda artıq Qarabağ mövzusu gündəmdən çıxıb. Hakimiyyət uğrunda mübarizə “demokratiya” və “legitimlik” xətti üzərində qurulur. Bu kontekstdə Oskanyan Paşinyanı avtoritarlaşan lider kimi təqdim etməyə çalışır və onun Qərb dairələri qarşısında nüfuzunu sarsıtmaq niyyəti güdür”.

Politoloqun fikrincə, bütün bu proseslər Ermənistanın həm daxili, həm də xarici siyasətində ciddi dəyişikliklərin başlanğıcına işarə edir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər