Türkiyə ÜÇÜNCÜ TƏRƏF KİMİ: Pakistan və Əfqanıstan münaqişəsinə həll...

Türkiyə ÜÇÜNCÜ TƏRƏF KİMİ: Pakistan və Əfqanıstan münaqişəsinə həll...
28.02.2026 17:17

ABŞ-nin Əfqanıstan təhlükəsizlik siyasəti üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bildirib ki, Pakistan və Əfqanıstan arasındakı münaqişəni Türkiyə kimi etibarlı üçüncü tərəf həll etməlidir.

Politoloq Yusif Bağırzadə, Zalmay Xəlilzadın bəyanatını TodayPress TV-yə şərh edərkən bildirib ki, onun fikri regional geosiyasi reallıqlar baxımından diqqətəlayiqdir.


“Pakistan-Əfqanıstan münasibətləri sərhəd təhlükəsizliyi, “Dürand xətti” mübahisəsi, silahlı qrupların fəaliyyəti və qarşılıqlı etimadsızlıq fonunda mürəkkəb xarakter daşıyır və bu şəraitdə Türkiyənin vasitəçilik təşəbbüsü onun diplomatik imkanları və regional nüfuzu çərçivəsində qiymətləndirilməlidir”, - deyə siyasi analitik izah edib.  

Bağırzadə bildirib ki, Ankaranın üstünlüklərindən biri hər iki ölkə ilə paralel və balanslı münasibətlərə malik olmasıdır. Onun sözlərinə görə, Türkiyə uzun illərdir Pakistanla strateji və hərbi əməkdaşlıq həyata keçirir, müdafiə sənayesi və siyasi dialoq yüksək səviyyədədir. Eyni zamanda, Əfqanıstanda NATO missiyaları çərçivəsində iştirak etməsi və yerli əhali arasında neqativ imic formalaşdırmaması Ankaraya əlavə üstünlük verir.  

Ekspert qeyd edib ki, Türkiyənin vasitəçilik potensialı müəyyən məhdudiyyətlərlə də üzləşir:

“Pakistanın Əfqanıstan siyasətindəki dərin təhlükəsizlik hesablamaları və sərhəd bölgələrində fəaliyyət göstərən silahlı qruplarla bağlı narahatlıqlar İslamabad üçün prioritet məsələdir və bu kimi struktur problemlər yalnız diplomatik təşəbbüslərlə həll edilə bilməz”.


Analitik əlavə edib ki, regionda İran, Çin, Rusiya və ABŞ kimi böyük güclərin maraqlarının toqquşması Türkiyənin təkbaşına dayanıqlı həll formalaşdırmasını çətinləşdirir. O hesab edir ki, Türkiyə münaqişə tərəfləri arasında birbaşa qərar verən deyil, danışıqların baş tutmasına və davam etməsinə şərait yaradan aktor kimi daha real rol oynaya bilər. 

Politoloqun sözlərinə görə, Ankara dialoqu təşviq edə, etimad quruculuğu tədbirlərini dəstəkləyə və təhlükəsizlik əməkdaşlığının texniki mexanizmlərinin formalaşdırılmasına yardım göstərə bilər.

“Türkiyə Pakistan-Əfqanıstan münaqişəsində real vasitəçi potensialına malikdir, lakin bu rol əsasən gərginliyin azaldılması və dialoqun təşviqi ilə məhdudlaşa bilər. Dayanıqlı həll isə yalnız çoxtərəfli beynəlxalq mexanizm çərçivəsində mümkündür”, - deyə siyasi şərhçi fikrini yekunlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Все новости