Pekin üçün RİSK SİQNALLARI: Venesuela gedir, İran isə...

Pekin üçün RİSK SİQNALLARI: Venesuela gedir, İran isə...
12.01.2026 16:45

Çin mediası Venesuelada baş verən mümkün geosiyasi dəyişikliklərin Pekin üçün ciddi risklər yaratdığını bildirir. Qeyd olunur ki, Venesuelanın itirilməsi Rusiyadan daha çox məhz Çinə zərbə vurur. 

Bəs İran da Pekinin təsir dairəsindən çıxarsa, bu, Çini hansı risklərlə üz-üzə qoyur?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Tural İsmayılov bildirib ki, Çin mediasının son dövrlərdə Venesuela ilə bağlı açıq narahatlıq ifadə etməsi Pekinin qlobal enerji təhlükəsizliyi strategiyasında mövcud olan ciddi həssaslıqları üzə çıxarır və bu məsələ sırf regional deyil, qlobal miqyasda dəyərləndirilməlidir:


“Venesuelanın itirilməsi, yəni ABŞ-nin mümkün müdaxiləsi və Maduro rejiminin devrilməsi ssenarisi Çin üçün ucuz ağır neft tədarükünün azalması deməkdir. 2025-ci ildə Çin Venesueladan gündəlik 389–500 min barrel neft idxal edib ki, bu da ümumi dəniz yolu ilə idxalın təxminən 4 faizinə bərabərdir”.

Politoloqun sözlərinə görə, bu itki xüsusilə Çin daxilində fəaliyyət göstərən müstəqil neft emalı zavodları üçün ciddi problemlər yaradır:

“Teapot” adlandırılan bu zavodlar əsasən endirimli ağır neftlə işləyir. Venesuela neftinin azalması onların maya dəyərini yüksəldir. Hazırda bu boşluq qismən Rusiya və İran nefti ilə doldurulur. Xüsusilə İran ağır nefti Brent markasına nisbətən təxminən 10 dollar endirimlə təklif olunur və Çin üçün mühüm alternativ olaraq qalır”.

Tural İsmayılov qeyd edib ki, Çin mediasının vurğuladığı əsas məqam ondan ibarətdir ki, Venesuelanın itirilməsi Rusiyadan daha çox məhz Çinə zərbə vurur:


“Bu proses Çinin enerji diversifikasiyasını məhdudlaşdırır və Pekini daha çox Rusiya neftinə yönəldir. Rusiya artıq Çinin ən böyük neft tədarükçüsüdür və bu asılılıq enerji təhlükəsizliyi baxımından əlavə risklər yaradır”.

Ekspertin fikrincə, daha təhlükəli ssenari İran faktorunun da sıradan çıxmasıdır:

“Əgər İran ABŞ-nin güclü təzyiqi, sanksiyalar və ya regional qarşıdurmalar nəticəsində Pekinin təsir dairəsindən çıxarsa, Çin üçün nəticələr daha ağır olacaq. İran Venesuela itkisindən sonra Çinin ən mühüm endirimli neft mənbələrindən birinə çevrilib”.

Politoloq vurğulayıb ki, İranın itirilməsi Çinin neft idxalının diversifikasiyasını ciddi şəkildə zəiflədir:

“Pekin artıq Orta Şərqdən, xüsusilə Hörmüz boğazı vasitəsilə həyata keçirilən tədarükdən yüksək dərəcədə asılıdır. Bu marşrut isə ABŞ-ın hərbi üstünlüyü altında qalır. İranın zəifləməsi və ya itirilməsi Hörmüz boğazında qarşıdurma risklərini artıraraq tranzit təhlükəsizliyini daha da həssas edir. İran “Bir Kəmər, Bir Yol” Təşəbbüsü çərçivəsində də Çin üçün strateji əhəmiyyət daşıyır: İran Avrasiya ilə Orta Şərq arasında əsas tranzit qovşağıdır. İnfrastruktur layihələri, ticarət yolları və enerji boru kəmərləri baxımından İranın itirilməsi BRI-nin bu seqmentini zəiflədir və Çin investisiyalarının geri qaytarılmasını çətinləşdirir”.

Ekspertin sözlərinə görə, İranın itirilməsi Çin üçün Rusiya asılılığını daha da artırır:


“Bu vəziyyət qiymət danışıqlarında Moskvanın mövqeyini gücləndirir və Pekinin enerji siyasətində manevr imkanlarını məhdudlaşdırır. Geosiyasi təzyiqlər dövründə belə asılılıq Çin üçün əlavə risk mənbəyinə çevrilir. İranın zəifləməsi Çin üçün BRICS və Qlobal Cənub kontekstində də simvolik zərbədir. Tehran anti-Qərb blokunda mühüm tərəfdaşdır. Onun zəifləməsi Pekinin qlobal nüfuz strategiyasına və çoxtərəfli platformalardakı mövqelərinə mənfi təsir göstərə bilər”.

Sonda Tural İsmayılov vurğulayıb ki, Çin mediasının bu mövzuda açıq narahatlıq bildirməsi Pekinin enerji təhlükəsizliyini strateji prioritet kimi gördüyünü açıq şəkildə göstərir:

“Venesuela və İran kimi sanksiyalı mənbələr Çini ucuz neftlə təmin edir və bu, Çin iqtisadiyyatının rəqabət qabiliyyətinin qorunmasında mühüm rol oynayır. Alternativ olaraq Səudiyyə Ərəbistanı, Braziliya, Kanada və İraq kimi ölkələr mövcuddur, lakin bu mənbələr ya daha bahalı, ya da siyasi baxımdan daha mürəkkəbdir. Nəticə etibarilə Venesuelanın itirilməsi Çin üçün ciddi xəbərdarlıqdır. İranın da itirilməsi isə enerji asılılığını kəskin artıraraq Pekinin qlobal ticarət və geosiyasi manevr imkanlarını məhdudlaşdıra bilər”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər