Amerika əfsanəsi bitdi – İran tək qlobal gücü sındırdı

Amerika əfsanəsi bitdi – İran tək qlobal gücü sındırdı
22.06.2026 12:07

Dörd aydan çox davam edən ABŞ-İran müharibəsi iyunun 17-də imzalanan İslamabad Anlaşma Memorandumu ilə formal olaraq dayandırıldı.

Amma əsl sual yenə də cavabsız qalır: sülh necə olacaq?

Hələlik bunun dəqiq cavabı yoxdur. Tərəflərin yekun saziş üzərində razılığa gəlməsi üçün İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılan texniki danışıqlar təxirə salınıb. Səbəb isə İsrailin Livanda davam edən hərbi əməliyyatlarıdır.


Tehran açıq mesaj verib: Beyruta endirilən zərbələr dayanmayınca nümayəndə heyəti danışıqlar masasına əyləşməyəcək.

Bəs dörd aylıq bu qarşıdurmanın sonunda kim nə qazandı? İran hansı təsir alətlərini və strateji kartlarını əlində saxlayır? ABŞ məqsədlərinə tam çata bildimi? Və ən vacib sual: bu müharibənin ümumiyyətlə həqiqi qalibi varmı?

ABŞ İran müharibəsində nə qazandı?

2026-cı ilin fevral ayının son günündə başlayıb iyunun ortalarına qədər davam edən bu müharibə, Vaşinqton üçün qarışıq və ziddiyyətli bir nəticə ilə yekunlaşdı. ABŞ və İsrailin birgə apardığı hərbi əməliyyatın ən "göz qamaşdıran" nəticəsi heç şübhəsiz İranın ali rəhbəri Ayətullah Əli Xameneinin və yüksək hərbi-siyasi kadrların məhv edilməsi oldu. "Epik Qəzəb" əməliyyatı çərçivəsində İranın hava hücumundan müdafiə qalxanı deşildi, yüzlərlə raket qurğusu, dron istehsalı zavodları və Ərakdakı ağır su reaktoru ağır zərbələr aldı. Hərbi dəniz qüvvələri Körfəzdə və Ərəb dənizində praktiki olaraq fəaliyyətsiz hala gətirildi.


Bununla belə, hərbi meydanındakı uğurlar, masa arxasında yoxa çıxmağa  başladı. Donald Tramp administrasiyasının dörd ay öncə bütün dünyaya car çəkdiyi üç böyük hədəf - rejimin devrilməsi, raket sənayesinin məhvi və proksi şəbəkələrinin tərksilah edilməsi kağız üzərində qaldı. Xamenei öldü, amma teokratik aparat çökmədi, sadəcə sükan dəyişdi. Atəşkəs sənədində nə raket proqramının dayandırılması, nə də Hizbullah və Husilərin  təcrid olunması barədə bir kəlmə yer aldı.

Bu hərbi "qələbə"nin bədəli də ağır oldu: Hörmüz boğazının bağlanması neft bazarlarını lərzəyə saldı, ABŞ-da yanacaq qiymətləri rekord həddə qalxdı, müharibənin birbaşa hərbi xərci təxminən 30 milyard dollara çatdı. Bütün bunların fonunda imzalanan razılaşma ABŞ-ı İranın dondurulmuş 24 milyard dollarlıq aktivini sərbəstləşdirməyə, sanksiyaları yumşaltmağa və ölkənin yenidən qurulması üçün nəzərdə tutulan 300 milyard dollarlıq beynəlxalq bərpa planına dəstək verməyə məcbur etdi. 

İranın ABŞ-a müqavimət göstərməyə nəyi vardı?

İranın əlində dünyanın ən güclü ordularına bərabər tutula biləcək bir təyyarə donanması yox idi, lakin onun dörd fərqli silahı var idi  və bu silahlar klassik hərbi gücdən daha çox, coğrafiya, hesablama və səbr oyunu üzərində qurulmuşdu.

Birincisi, dünyanın neft damarı sayılan Hörmüz boğazı idi. Müharibə başlayan kimi Tehran bu dar suyolunu minalarla və hərbi gəmilərlə bağladı. Dünya neft ticarətinin beşdə birinin keçdiyi bu boğazın susması qlobal enerji bazarını sarsıtdı, Qərbdə inflyasiyanı artırdı, benzin qiymətlərini sıçradı. Vaşinqtona təzyiq elə buradan özünün vətəndaşlarının narazılığından gəldi.

İkincisi, ucuzluq gücə çevrildi. İran bahalı qırıcı təyyarələrlə yox, hər biri cəmi 2-3 min dollara başa gələn kamikadze dronlar və ballistik raketlərlə vuruşdu. Bəhreyn, Küveyt, Qətərdəki Amerika bazaları və İsrail ərazisi fasiləsiz bir dron selinə məruz qoydu.  ABŞ isə hər bir ucuz dronu vurmaq üçün milyonlarla dollarlıq Patriot raketləri xərclədi. Bu cür "qarışqaları top atəşinə tutmaq" heç bir fayda vermədi.


Üçüncüsü, İran tək vuruşmurdu. Onlarca ildir qurduğu "Müqavimət Oxu" şəbəkəsi, Livan Hizbullahı, Yəmən Husiləri, İraq və Suriyadakı şiə qruplaşmaları  eyni anda bir neçə cəbhəni alovlandırdı. Hizbullah İsrailin şimalını raket yağışına tutdu, Husilər Qırmızı dənizdə gəmiçiliyi iflic etdi, İraqdaki qruplar isə ABŞ bazalarını davamlı təqib atəşinə tutdu. Vaşinqton beş-altı cəbhədə eyni anda döyüşməyə vadar oldu.

Dördüncüsü, sadəcə coğrafiya idi. İranın dağlıq ərazisi onlara illərdir nüvə və raket obyektlərini yerin dərinliklərində, "raket şəhərlərində" gizlətmək imkanı vermişdi. Hava zərbələri bu yeraltı qalalara çata bilmədi, ABŞ isə quru əməliyyatına, yəni İrana əsgər göndərməyə risk etmədi. 

ABŞ-ın qələbə adına əlində nə var?

ABŞ bu müharibədə hərbi dildə "təmiz qələbə" adlandırıla biləcək bir nəticə əldə edə bilmədi. Əgər qələbənin meyarı sadəcə düşmənin hərbi obyektlərinə zərbə vurmaqdırsa, bəli, hava üstünlüyü ABŞ və İsrailin tərəfində idi, İranın orduları və Hizbullah ağır itkilər verdi, Xamenei belə sui-qəsd qurbanı oldu. Amma müharibənin siyasi məqsədləri tərəzinin digər gözünü ağırlaşdırdı  və  ABŞ aşağıya yuvarlandı.

Tramp administrasiyasının elan etdiyi üç böyük şüar  rejim devirmək, raket sənayesini yerlə-yeksan etmək, proksi qüvvələri silahsızlaşdırmaq  vəd kimi qaldı, gerçəyə çevrilmədi. Tehrandakı teokratik sistem Xameneinin ölümündən sonra sürətlə özünü bərpa etdi. İmzalanan Anlaşma Memorandumunda raket proqramının dayandırılması haqqında bir kəlmə yox idi, proksi qruplaşmaların tərksilahı da sənəddən tamamilə çıxarıldı.


İqtisadi tablo da ürəkaçan deyildi. Hörmüzün bağlanması neftin qiymətini rekord həddə qaldırdı, ABŞ daxilində yanacaq böhranı və xalq narazılığı yaratdı  bu da Tramp administrasiyasını müharibəni uzatmağın qlobal iqtisadiyyatı çökdürə biləcəyini anlamağa vadar etdi. Və qalib tərəfin adətən etmədiyi bir şey baş verdi: İsveçrədə imzalanan sənədlərlə ABŞ İranın dondurulmuş 24 milyard dollarını geri qaytarmağa, sanksiyaları yumşaltmağa, regiondaki hərbi gəmilərini geri çəkməyə razı oldu.

Qərbli şərhçilər bunu hətta "Amerika üçün alçaldıcı bir məğlubiyyət" adlandırdı, dünyanın ən böyük ordusu dörd ay ərzində sanksiyalar altında əzilən bir ölkəni diz çökdürə bilmədi, sonda onunla masaya oturub şərtlərini qəbul etdi. İran üçün isə dağıntılara, itkilərə baxmayaraq, sadəcə "sağ qalmaq" və rejimi qoruyub saxlamaq  özlüyündə böyük bir strateji uğur sayıldı.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
22 IYUN 2026
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər 13:28 Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu - YENİLƏNDİ 13:01 Sabahın hava proqnozu açıqlandı - Neçə dərəcə isti gözlənilir? 13:12 Ukrayna Voroneji bu raketlərlə vurdu - VİDEO 13:10 Baş nazir istefa verdi - VİDEO 12:45 Bəzi çimərliklərdən istifadə məhdudlaşdırıldı 12:44 Türkiyə 6 min kilomterdə olan bütün hədəfləri yox edən "İldırım" ixtira etdi 12:32 Sahibə Qafarova Əli Xameneinin vida mərasimində iştirak edəcək 12:25 "Onlar cəzalandırılmasa, Albertin məzarını aparacağam” - Milli Qəhrəmanın qardaşı DANIŞDI 12:20 Amerika əfsanəsi bitdi – İran tək qlobal gücü sındırdı 12:07 “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi 11:56 Farslar Pezeşkiana xəyanət edib topun ağzına atdılar - İranda ağılagəlməz ağıl oyunları yaşanır 11:52 Qırğızıstan hərbçiləri ölkəmizdə səfərdədir - Birgə əməliyyatlar planlaşdırılacaq 11:40 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu 11:29 İranda öldürülən qadınların saçları Ermənistana ixrac edilir? — Gömrükdə ortaya çıxan görüntülər dünyanı sarsıtdı 11:28 Bakıda qəza: avtomobil motosikletçini vurdu - VİDEO 11:21 Qafqazda tarix yazılır: Ermənistan özünü bu sahədə Azərbaycana əmanət etdi 11:18 İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü oldu 11:15 Bakıda moped oğurlayan şəxsin GÖRÜNTÜLƏRİ 11:12 Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu 11:02 Polis "nəqliyyat canavarı"nı saxladı - VİDEO 10:58 Elvin əsas heyətə qayıtdı 10:55 Azərbaycanda bu şəxslərin pensiya yaşı artırılacaq 10:46 Yankoviç "Qarabağ"ı Türkiyə klubuna dəyişdi 10:40 Azərbaycanlılar Göyçə gölünün görüntüləri ilə gündəm oldu — VİDEO 10:38 Bütün Xəbərlər