Əbu-Dabidən dünyaya MESAJ: Azərbaycan SÜLHÜ MÖHÜRLƏDİ!

Əbu-Dabidən dünyaya MESAJ: Azərbaycan SÜLHÜ MÖHÜRLƏDİ!
05.02.2026 16:13

“Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni xarici siyasət narrativinin sistemli təqdimatı idi”.

Politoloq Yusif Bağırzadə bunu ölkə başçısının çıxışını TodayPress TV-yə şərh edərkən deyib. 


Onun sözlərinə görə, Azərbaycan Prezidenti burada BƏƏ-ni təkcə dost ölkə kimi deyil, müasirliklə ənənəni uzlaşdıran uğurlu dövlət modeli kimi təqdim edib və Azərbaycanın da regionda məhz belə bir model qurmaq niyyətində olduğuna dair dolayı mesaj verib:

“Çıxışın əsas ağırlıq mərkəzi, təbii ki, Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı idi. Prezidentin “biz sülh şəraitində yaşamağı öyrənirik” fikri müharibədən sonrakı dövrün psixoloji və institusional transformasiya mərhələsi kimi təqdim edilməsi baxımından olduqca mühüm ifadədir. Bu yanaşma ilə ölkə başçısı həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə sülhün artıq taktiki fasilə yox, strateji seçim olduğuna dair konkret mesaj ötürmüş oldu”.


Ekpsert, həmçinin bildirib ki, Prezidentin Vaşinqtondakı Zirvə Görüşünü xüsusi vurğulaması və ABŞ Prezidenti Donald Trampa açıq minnətdarlıq ifadə etməsi isə ölkəmizin ABŞ-ni sülh prosesində əsas qlobal zəmanətçi kimi tanıdığını göstərir:


“Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Vaşinqton prosesi hərbi-siyasi deyil, diplomatik qələbə kimi təqdim olunur. Bu isə Azərbaycanın beynəlxalq imicini güc tətbiq edən deyil, nəticə əldə edən tərəf kimi möhkəmləndirir.

Analitik çıxışda digər vacib məqamın iqtisadi əməkdaşlıqla bağlı olduğunu deyib:

“Ermənistana yük daşımalarına məhdudiyyətlərin aradan qaldırılması və neft məhsullarının ixracı çıxışın ən praqmatik və eyni zamanda ən güclü mesajlarından biri kimi qiymətləndirilə bilər. Bu, sülhün artıq real iqtisadi inteqrasiyaya keçdiyini nümayiş etdirir. Azərbaycan burada təşəbbüskar tərəf qismində çıxış edir ki, bu da regional liderlik iddiasını gücləndirir.

Dinlərarası dialoq və Roma Papası ilə Əl-Əzhər imamına təşəkkür edilməsi isə Azərbaycanın sülh modelini təkcə regional deyil, universal dəyər kimi təqdim etməsinə xidmət edir. Bu, ölkəmizin müsəlman dünyası ilə Qərb arasında körpü rolunda çıxış etdiyini göstərmək baxımından olduqca vacibdir”.   

Y.Bağırzadə yekunda bu çıxışın Azərbaycanın təkcə müharibədən qalib çıxmış dövlət kimi deyil, eyni zamanda sülhü idarə edən və ixrac edən aktor kimi yeni mərhələyə keçdiyini göstərdiyini diqqətə çatdırıb. O əlavə edib ki, Prezident İlham Əliyev bu nitqlə sülhün artıq dönməz proses olduğunu beynəlxalq səviyyədə həm siyasi, həm də simvolik baxımdan möhürləmiş oldu.


Qeyd edək ki, fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan təltif ediliblər. Mükafatı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan təqdim edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər