Tualetə buraxmadılar, yerə yıxıb başını yardılar: Tramp Sin Pi görüşündə müharibə kimi olaylar

Tualetə buraxmadılar, yerə yıxıb başını yardılar: Tramp Sin Pi görüşündə müharibə kimi olaylar
15.05.2026 09:46

Pekində 14–15 may tarixlərində keçirilən ABŞ–Çin görüşü rəsmi açıqlamalarda “əməkdaşlıq”, “stabil münasibətlər” və “qarşılıqlı hörmət” mesajları ilə təqdim olunsa da, səhnə arxasında tamamilə fərqli atmosfer yaşanıb.

Bu səfər Donald Trampın 2017-ci ildən sonra Çinə ilk rəsmi səfəri, eyni zamanda Si Cinpin ilə ilk böyük görüşü idi. Lakin New York Post və Daily Beast-in yaydığı məlumatlara görə, görüşlər təhlükəsizlik qalmaqalları, protokol pozuntuları və gərgin qarşıdurmalarla yadda qalıb.

İkitərəfli görüş başlamazdan əvvəl çinli jurnalistlərin böyük qrupu qəfil şəkildə zala daxil olub. Yaranan qarışıqlıq zamanı Ağ Evin əvvəlcədən gəlmiş komandasından olan qadın əməkdaş yerə yıxılıb və izdihamın arasında qalıb. ABŞ tərəfi buna çox sərt reaksiya verib, otaqda qışqırıqlar yüksəlib. Hətta hot-mikrofondan “Get the f*** out of here!” ifadəsinin eşidildiyi bildirilir. Qadın əməkdaş ciddi xəsarət almasa da, sarsılmış vəziyyətdə olub.

Gərginlik daha sonra Göy Məbəd kompleksində davam edib. Çin təhlükəsizlik qüvvələri ABŞ Gizli Xidmətinin silahlı agentini tədbirə buraxmaqdan imtina edib. ABŞ nümayəndələri isə “agent olmadan jurnalist qrupu içəri daxil olmayacaq” deyərək geri addım atmayıblar. Təxminən yarım saat davam edən mübahisədən sonra kompromis əldə olunub: jurnalistləri başqa bir agent müşayiət edib, silahlı əməkdaş isə kənarda qalıb.

Göy Məbəddən çıxış zamanı isə yeni qarşıdurma yaranıb. Çin təhlükəsizlikçiləri ABŞ jurnalistlərinin prezident kortejinə yaxınlaşmasına mane olmağa çalışıb. Bu isə qışqırıqlar, itələşmələr və gərgin anlarla nəticələnib. Ağ Ev əməkdaşlarından biri “Biz gedirik!” deyərək qrupu irəli aparmağa çalışsa da, Çin tərəfi fiziki şəkildə yollarını kəsməyə cəhd edib. ABŞ rəsmilərindən biri sonradan vəziyyəti “tam biabırçı xaos” adlandırıb.

Görüşün ən gözlənilməz məqamlarından biri isə Donald Trampın təxminən 30 ABŞ biznesmenini qəfil şəkildə salona gətirməsi olub. Elon Musk, Tim Cook, Jensen Huang və digər iri şirkət rəhbərləri ayrı-ayrılıqda təqdim edilib və qısa çıxışlar ediblər. Bu hissənin əvvəlcədən planlaşdırılmadığı bildirilir. Çin nümayəndə heyəti ilk anda açıq şəkildə çaşqınlıq yaşayıb, proqram isə tamamilə pozulub. Si Cinpin vəziyyəti diplomatik şəkildə yumşaltmağa çalışaraq “bu yaxşı fikir idi” deməklə kifayətlənib.

Amerikalı jurnalistlərin isə tədbirlər zamanı ciddi məhdudiyyətlərlə üzləşdiyi bildirilir. Onlara su verilmədiyi, şəxsi su butulkalarının əllərindən alındığı, uzun müddət isti hava altında saxlanıldıqları və tualetə getmələrinə məhdudiyyət qoyulduğu qeyd olunur. Bəzi jurnalistlər ayrıca otaqlarda gözlədildiklərini və hər addımlarının nəzarətdə saxlanıldığını deyiblər.

Rəsmi bəyanatlarda iqtisadi əməkdaşlıq ön plana çıxarılsa da, əsas gərgin mövzunun Tayvan olduğu bildirilir. Si Cinpin Tayvan məsələsini “ən vacib məsələ” adlandıraraq Vaşinqtona qarşıdurma riskini xatırladıb. ABŞ tərəfi isə açıq eskalasiyadan yayınmağa çalışsa da, son açıqlamalarda Çinə dolayı xəbərdarlıqlar verilib.

Sammitdən böyük və tarixi razılaşma çıxmayıb. Tərəflər yalnız məhdud iqtisadi addımları müzakirə ediblər:

  •  ABŞ-dən soya ixracı
  •  Boeing sifarişləri
  •  yeni ticarət şuraları

münasibətlərin daha da pisləşməsinin qarşısını almağa yönəlmiş addımlar

Nəticə etibarilə, Pekində keçirilən bu görüş tərəflər arasında real etimadın formalaşmadığını bir daha göstərdi. Kamera qarşısında diplomatik təbəssümlər olsa da, pərdəarxasında ABŞ və Çin arasında dərin rəqabət, qarşılıqlı şübhə və strateji gərginliyin davam etdiyi açıq şəkildə hiss olundu.

Nəticəsiz daha bir görüş. Yəni ki, İranla müharibə qaçınılmazdır...

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Все новости