Rusiya üçün geri sayım BAŞLADI: Kreml “son şans”ını dəyərləndirə biləcək?

Rusiya üçün geri sayım BAŞLADI: Kreml “son şans”ını dəyərləndirə biləcək?
06.08.2025 12:21

"Hazırda ABŞ Prezidenti Donald Tramp bəyanatlarında kifayət qədər ciddi görünür, çünki Rusiya Prezidenti Vladimir Putin Trampın bütün planlarını pozub".

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.

O vurğulayıb ki, Trampın əsas planı bütün dünyanı narahat edən və qlobal böhranlara səbəb olan Ukrayna müharibəsini dayandıraraq tarixə düşmək idi. Hətta bununla bağlı konkret tarixlər də vəd etmişdi. Lakin bu planların heç biri reallaşmadı:

"Ən başlıcası isə odur ki, Tramp müharibəni dayandırmaq prosesinə başlayarkən ciddi səhvlərə yol verdi: Ukraynanı ittiham etdi, Rusiyanı dəstəklədi, Putinə Ukrayna ilə bağlı böyük güzəştlər vəd etdi. Təbii ki, bu yanaşma Kremlə əlavə stimul verdi. Kreml artıq əmin oldu ki, əgər bir qədər də israrlı mövqe tutarsa, Ukraynanı tam ələ keçirə bilər. Bu isə Trampın ciddi strateji səhvi idi.

O, məsələyə əsasən iqtisadi və ticarət prizmasından yanaşır. Lakin siyasətdə vəziyyət tamamilə fərqli şəkildə inkişaf edir. Tramp bu məsələdə təcrübəsiz siyasətçi kimi davrandı. Halbuki başa düşməli idi ki, Rusiya kimi neoimperialist bir dövlətlə yalnız onun anlayacağı dildə danışmaq mümkündür".

Ekspertin fikrincə, Tramp artıq səhvlərini tədricən anlamağa başlayıb. Belə ki, əvvəlcə Rusiyaya sülh üçün 50 günlük möhlət verildi. Lakin Tramp bir daha əmin oldu ki, Rusiya bu təklifi qəbul etmir və möhlətə baxmayaraq təcavüzkar hərəkətlərini davam etdirir. Bu səbəbdən də möhlətin müddətini 10 günə endirdi.

"Avqustun 8-də bu möhlət başa çatır və görünən odur ki, həmin tarixdən sonra Rusiya üçün tamamilə fərqli bir mərhələ başlaya bilər. Tramp artıq bu məsələni həm şəxsi qürur, həm də ABŞ-nin beynəlxalq nüfuz məsələsinə çevirib. Bu səbəbdən Rusiyaya qarşı daha sərt tədbirlər görmək niyyətindədir. ABŞ artıq keçmiş prezident Cozef Baydenin administrasiyasının Rusiyaya qarşı tutduğu mövqeyə qayıtmaq üzrədir. Tramp isə Rusiyaya qarşı daha sərt addımların tərəfdarı kimi çıxış edir. İlk növbədə Rusiyaya qarşı yeni və dağıdıcı sanksiyaların tətbiqi gözlənilir. Paralel olaraq, Rusiya ilə iqtisadi-ticarət əlaqələri olan ölkələrə qarşı da iqtisadi təzyiqlər mümkündür. Bu halda Rusiyanın ixrac və idxal prosesi pozula, bankları beynəlxalq maliyyə sistemindən tamamilə kənarlaşdırıla bilər. Bundan əlavə, Rusiya ilə ticarət əlaqələri olan dövlətlər də bu ölkədən bəzi məhsulların və enerji resurslarının alınmasından imtina etmək məcburiyyətində qala bilərlər. Bu isə Rusiyanın ciddi iqtisadi itkilərlə üzləşməsi deməkdir", - deyə politoloq əlavə edib.

E. Xalidbəyli sonda diqqətə çatdırıb ki, nəticə etibarilə, onsuz da zəifləməkdə olan Rusiya iqtisadiyyatı üçün ciddi təhlükə yaranır. Bütün bunlar Rusiyanın qarşısında ağır bir dövrün başlandığını göstərir. Əgər ABŞ Avropa İttifaqı ilə birlikdə koordinasiyalı şəkildə hərəkət edərsə və Rusiyaya qarşı real addımlar atarsa, bu halda Rusiya daha da dərin bir böhranla üzləşə bilər:

"Bütün bu proseslərin baş verib-verməyəcəyi isə avqustun 8-dən sonra aydınlaşmağa başlayacaq. Hazırkı vəziyyət onu göstərir ki, Tramp Rusiyanın tərəfdaşlarını onun əleyhinə çevirməyə nail olur. Putin isə Trampı Rusiyanın düşməninə çevirməyi bacarıb. Bu mənada, Rusiyaya əlavə düşmən lazım deyil – bu ölkə artıq özünü bütün dünyadan təcrid etməyi bacarıb".

Qeyd edək ki, Donald Trampın rusları çəkindirmək məqsədilə “müvafiq ərazilərdə” iki nüvə sualtı qayığını yerləşdirəcəyi ilə bağlı açıqlamasının ardından ABŞ tərəfindən Rusiyaya daha bir xəbərdarlıq edilib. Belə ki, ABŞ-nin NATO-dakı səfiri Mett Utaker bəyan edib ki, Tramp avqustun 8-də Rusiyaya qarşı dağıdıcı tariflər və sanksiyalar tətbiq edəcək. Onun sözlərinə görə, Rusiya heç bir dost tapmayacaq, ticarət tərəfdaşlarından məhrum olacaq və müharibəni maliyyələşdirmək imkanlarını itirəcək.

Qiymət Mahir

FOTOLAR

Rusiya üçün geri sayım BAŞLADI: Kreml “son şans”ını dəyərləndirə biləcək? — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Bütün Xəbərlər