Təhsil naziri Atatürkün gününü dərslikdən sildi – Tarixçi üsyan etdi

Təhsil naziri Atatürkün gününü dərslikdən sildi – Tarixçi üsyan etdi
08.07.2026 15:40

Türkiyədə yeni tədris proqramında (kurikulumda) “Qurtuluş Müharibəsi” ifadəsinin əvəzinə “Milli Mübarizə” anlayışından istifadə olunacaq.

Bu barədə Türkiyənin milli təhsil naziri Yusuf Tekin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatları ilə keçirdiyi görüşdə yeni tədris proqramı barədə məlumat verərkən deyib.

"Nədən qurtuluruq? Ondan əvvəl nəhəng Osmanlı İmperiyası var idi", – deyə Tekin bildirib.

Maraqlıdır, bu addım tarixi cəhətdən necə qiymətləndirilir?


Məsələ ilə bağlı TodayPress TV-yə danışan tarixçi Zaur Əliyev bildirib ki, Türkiyədə Atatürk dövrünə aid tarixi faktları və hadisələri silməyə yönələn cəhdlər yeni deyil. Dəfələrlə bu cür təkliflər irəli sürülüb, onun formalaşdırdığı terminologiya və narrativləri zəiflətmək üçün müxtəlif addımlar atılıb:

“AKP hökumətinin Atatürkə qarşı tutduğu mövqe də başadüşülən deyil. Sanki Türkiyəni böyük dövlətlərin parçalanmasından Mustafa Kamal Atatürk yox, Rəcəb Tayyib Ərdoğan xilas edib. Azərbaycanda Məhəmməd Əmin Rəsulzadəyə münasibətlə bağlı müşahidə olunan yanaşmanın bənzəri bu gün Türkiyədə Atatürkə qarşı sərgilənir. Sanki oxşar ssenaridir”.

Tarixçi düşünür ki, bu qərarın məqsədi Atatürkün fəaliyyətini və apardığı mübarizənin nəticələrini arxa plana keçirməkdir. Məntiq isə gənc nəsli tarixin "rasionallaşdırılması" adı altında onun faktoloji və emosional reallığından uzaqlaşdırmaqdır:

“Tarixi şəxsiyyətlərin rolunun yeni terminologiya çərçivəsində yenidən ideoloji tərəfkeşliklə qiymətləndirilməsi təhlükəsini Türkiyədə siyasi hakimiyyət özü yaradır. "Qurtuluş Müharibəsi" ifadəsi birbaşa Mustafa Kamal Atatürkün liderliyi, onun hərbi dühası və darmadağın olmuş ordunu yenidən ayağa qaldıraraq qazandığı qələbə ilə assosiasiya olunur. "Müharibə" termininin arxa plana keçirilməsi isə bu hərbi zəfərin mərkəzində dayanan Atatürkü simvolik olaraq müəyyən qədər kölgədə qoya bilər”.

Zaur Əliyev terminologiyanın dəyişdirilməsinin tarix elmi baxımından böyük bir yenilik olmadığını diqqətə çatdırıb:

“Çünki hər iki termin onilliklərdir akademik ədəbiyyatda paralel şəkildə işlədilir. Məsələn, rəsmi sənədlərdə "Millî Mücadele dönemi" ifadəsinə tez-tez rast gəlinir. Termin dəyişikliyi tarixi reallığı və baş vermiş faktları dəyişmir. Ancaq əgər bu dəyişiklik keçmişin inkarına, tarixi şəxsiyyətlərin və hadisələrin ideoloji təsnifatına gətirib çıxarırsa, o zaman buna tənqidi yanaşmaq zəruridir. Əsas məsələ dərsliklərin üz qabığında yazılan adlar deyil, Atatürkün dünya tarixinə və Türk dünyasına bəxş etdiyi müasir Türkiyədir”.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
08 июля 2026
ABŞ-dən Suriyaya illər sonra gözlənilməz addım 18:36 Zelenski Moskvaya niyə getməyəcəyini elə izah etdi ki… - VİDEO 18:29 Tramp: Azərbaycan və Ermənistan kimi Rusiya və Ukraynanı da barışdıracam 18:20 Tramp Zelenskini Putin adlandırdı - VİDEO 18:09 PP-19-01 Vityaz: Xüsusi təyinatlı qüvvələrin etibarlı dostu 18:02 NATO sammiti gələn il harda keçiriləcək ? 17:59 "Real"ın müdafiəçisi Fran Qarsiya "Betis"ə keçməyə yaxındır 17:29 Трамп: Сегодня ночью я снова нанесу по Ирану жёсткий удар 17:15 İranın Bəhreynə dəhşətli zərbəsi: Darmadağın etdi - VİDEO 17:07 Tramp niyə məhz Türkiyədən İrana hücum əmri verdi ? 16:56 Ərdoğan və Makron Ankarada görüşdü 16:54 Azərbaycan xalqı niyə aqressivdir? 16:35 Ормуз встал костью в горле США и Ирана 16:26 Balakəndə 43 yaşlı kişini sel apardığı ehtimal edilir 16:22 Rusiya hücumları davam etdirir: Kiyevi "tüstü sütunları" bürüdü 16:14 СРОЧНО! Задержан председатель организации YAP 16:08 ABŞ-nin İrana endirdiyi zərbələrin görüntüləri yayıldı - VİDEO 16:04 İran səfiri Azərbaycandakı "İsrail iddiaları" və Naxçıvan insidentindən danışdı 16:00 XİN rəhbərinin iki müavininə səfir rütbəsi verildi 15:52 Təhsil naziri Atatürkün gününü dərslikdən sildi – Tarixçi üsyan etdi 15:33 Президент присвоил этим лицам дипломатические ранги - РАСПОРЯЖЕНИЕ 15:31 "İmişli" 19 yaşlı futbolçu ilə müqavilə imzaladı 15:28 Azərbaycanın yeni qırıcıları ilk dəfə genişmiqyaslı təlimdə boy göstərdi 15:26 Скончался академик Аждар Меджидов 15:11 Иран бросил камень в спящий вулкан в Йемене – грядёт новое противостояние 14:50 Все новости