Tbilisi "ikinci plan"a düşür: Gürcüstan narahatdır...

Tbilisi "ikinci plan"a düşür: Gürcüstan narahatdır...
07.11.2025 13:04

Gürcüstanın Nəqliyyat Dəhlizləri Tədqiqatları Mərkəzinin direktoru Paata Tsaqareişvili bildirib ki, Ermənistan–Azərbaycan–Türkiyə üzərindən yeni marşrutlar işə düşdükdən sonra Gürcüstanın tranzit yük dövriyyəsi 15–20% azalaraq təxminən 1,5–2 milyon ton itkiyə səbəb ola bilər. O, Gürcüstanın rəqabət qabiliyyətini qoruması üçün tarif siyasətini yeniləməyi, infrastrukturun inkişafını və daşıyıcılar üçün stimulların artırılmasını vacib sayır.

Maraqlıdır, Zəngəzur dəhlizinin açılması fonunda Gürcüstanın tranzit payını itirməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirəcəkmi və bu, bölgədə yeni nəqliyyat rəqabətini hansı istiqamətə daşıyacaq? Bu situasiya Azərbaycan-Gürcüstan əlaqələrinə necə təsir edə bilər? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın strateji seçimidir:


“Zəngəzur dəhlizinin açılması fonunda Gürcüstanın itkiləri Azərbaycan–Gürcüstan münasibətlərinə hər hansı bir neqativ təsir göstərə bilməz. Çünki bu, dövlətlərin öz maraqlarından qaynaqlanan iqtisadi prosesdir. Heç bir dövlət öz maraqlarını başqa bir dövlətin maraqları naminə qurban verməz. Necə ki, Azərbaycan da öz maraqlarını hər şeydən üstün tutaraq qarşıya qoyduğu hədəflərə doğru irəliləyir".

Onun sözlərinə görə, dəhliz Gürcüstana olduqca təhlükəli maliyyə itkiləri vəd edir:

"Ancaq Zəngəzur dəhlizinin açılması və ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya xətlərinin bərpası Gürcüstan üçün təbii ki, iqtisadi və maliyyə baxımından müəyyən zərbələr vəd edir. Bu, yalnız yüklərin Gürcüstan üzərindən daşınmasının azalması demək deyil, həm də Gürcüstanın maliyyə gəlirlərinin azalması anlamına gəlir. Gürcüstan Azərbaycanın hesabına – yəni Azərbaycanın nəqliyyat dəhlizləri və Gürcüstan üzərindən həyata keçirilən yükdaşımalar sayəsində – böyük miqdarda maliyyə gəlirləri əldə edir. Bu gəlirlər Gürcüstanın dövlət büdcəsində xüsusi, hətta həlledici paya malikdir".


Ekspert qeyd edib ki, Azərbaycan öz strateji maraqlarını qoruyur:

"Ancaq bu, o demək deyil ki, Azərbaycan öz maraqlarını Gürcüstanın dövlət büdcəsinin maliyyə gəlirləri üçün qurban verməlidir. Qətiyyən belə bir məsələ mövcud deyil. Təbii ki, rəsmi Tbilisi də bu reallığı anlayır. Sadəcə, geosiyasi, geoiqtisadi və geostrateji proseslər elə istiqamət alıb ki, hazırda Gürcüstan nəqliyyat-kommunikasiya dəhlizləri baxımından ikinci plana düşməyə başlayıb".


E.Xalidbəyli əlavə edib ki, Gürcüstanın tranzit qazancı, Ermənistanın işğal siyasətinin nəticəsi idi:  

"Əslində, indiyə qədər Gürcüstanın Azərbaycanın nəqliyyat-kommunikasiya və enerji dəhlizləri hesabına böyük maliyyə vəsaitləri qazanmasının əsas səbəbi Ermənistanın işğalçılıq siyasəti idi. Əgər vaxtilə Bakı–Tbilisi–Ceyhan boru kəməri və digər enerji xətləri Gürcüstan üzərindən keçərkən Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətində israrlı olmasaydı, həmin xətlərin böyük əksəriyyəti məhz Ermənistan ərazisindən keçə bilərdi. Ancaq Ermənistanın o dövrdəki hakimiyyət dairələri Azərbaycanla düşmənçilik siyasəti aparmaqla ölkəni faktiki olaraq böyük maliyyə vəsaitlərindən məhrum etdilər".

O, həmçinin Gürcüstanın qazandığı tranzit gəlirlərinin əhəmiyyətli hissəsinin gələcəkdə Ermənistana keçməsi ehtimalının gücləndiyini vurğulayıb:

"İndi Paşinyan hakimiyyəti bu səhvi düzəltməyə çalışır və Zəngəzur dəhlizinin açılması üçün müəyyən addımlar atmağa meylli olduğunu göstərir. Bu isə Zəngəzur dəhlizinin açılması nəticəsində hazırda Gürcüstanın qazandığı maliyyə gəlirlərinin müəyyən bir qisminin – həm də əhəmiyyətli hissəsinin – Ermənistana yönəlməsi ehtimalını artırır. Bu da tamamilə normal prosesdir".


Politoloq son olaraq əlavə edib ki, Zəngəzur dəhlizi münasibətləri pozmur, Gürcüstan sadəcə itkilərdən narahatdır:

"Buna görə Gürcüstanın Azərbaycana hər hansı irad bildirməsi və ya münasibətlərdə soyuma ehtimalı real deyil. Çünki Azərbaycanın öz maraqları var və Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması, eyni zamanda Azərbaycan və Naxçıvan arasında birbaşa əlaqənin bərpası strateji əhəmiyyət daşıyır.

Yəni bu baxımdan, Gürcüstan və Azərbaycan münasibətlərində hər hansı ciddi dəyişiklik baş verəcəyi ehtimalı çox zəifdir. Burada yeganə məqam ondan ibarətdir ki, Gürcüstan bu prosesdən məmnun deyil və zərər çəkən tərəfə çevriləcəyini artıq indidən görərək çıxış yolları axtarmağa çalışır". 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Задержан гражданин Азербайджана, подозреваемый в шпионаже в пользу КСИР 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Все новости