Avropaya uzaq Kremlə yaxın: Orban niyə Putinin sözçüsü kimi çıxış edir?

Avropaya uzaq Kremlə yaxın: Orban niyə Putinin sözçüsü kimi çıxış edir?
31.10.2025 12:19

"Bu gün Viktor Orban Avropada sanki Putinin sözçüsü kimi çıxış edir. Lakin əgər Rusiya Ukraynada üstünlük əldə etsə, nəticədə Macarıstanın özü də Moskvanın təsiri altına düşə bilər".

Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress TV-yə şərhində bildirib.

O vurğulayıb ki, Avropa İttifaqının (Aİ) daxilində Macarıstanın Ukraynaya dəstək verməməsi və İttifaqın Kiyevə yönəlik yardımlarına veto qoyması proseslərin gərgin istiqamətdə davam etməsinə səbəb olur. 

"Budapeşt hazırda Rusiya ilə aktiv danışıqlar aparır, əməkdaşlıq siyasəti yürüdür və Ukraynaya qarşı alternativ blok formalaşdırmağa çalışır. Macarıstanın Baş naziri Viktor Orbanın tutduğu bu siyasi xətt, əslində, Aİ-nin və ümumilikdə Qərb alyansının maraqlarına ziddir", - deyə analitik açıqlayıb.

Onun sözlərinə görə, bu istiqamətə Slovakiya və ya Serbiya da qoşula bilər, lakin Macarıstanın mövcud siyasəti, xüsusilə Orbanın ritorikası ölkə üçün əlavə problemlər yarada bilər. Belə ki, Aİ Macarıstanla bağlı ciddi və sərt qərarlar qəbul etməyə hazırlaşa bilər. Hətta ölkənin İttifaq daxilində kollegial səsvermədə iştirak hüququnun məhdudlaşdırılması da gündəmdədir. Yəni, proseslərin inkişafı Macarıstanın əleyhinə yönələ bilər.

Siyasi şərhçi hesab edir ki, Orbanın həyata keçirdiyi siyasət Kremlin narrativləri ilə üst-üstə düşür. Bunun əsas səbəblərindən biri də Macarıstanın enerji baxımından – neft və qaz təchizatında Rusiyadan asılı olmasıdır.

"Orbanın yürütməkdə olduğu bu xəttin uzunmüddətli perspektivdə Macarıstan üçün uğursuz nəticələr doğuracağı ehtimal olunur", - deyə M.Əsədullazadə fikrini yekulaşdırıb.

Qeyd edək ki, Macarıstan Avropa İttifaqı daxilində Ukraynaya şübhə ilə yanaşan alyans yaratmaq istəyir. Baş nazir Viktor Orbanın müşaviri Balazs Orban, Aİ-də belə bir blokun yaranma ehtimalını qiymətləndirərkən bildirib ki, bunun baş verməsi qaçınılmazdır. 

Aysel Mətləb

TodayPress TV

FOTOLAR

Avropaya uzaq Kremlə yaxın: Orban niyə Putinin sözçüsü kimi çıxış edir? — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər