ABŞ-də etirazlar: Demokratların şansı artır?

ABŞ-də etirazlar: Demokratların şansı artır?
30.03.2026 17:32

“Amerika Birləşmiş Ştatlarında Prezident Donald Trampın əleyhinə kütləvi etiraz aksiyaları keçirilir və bu aksiyalar ölkənin bir çox ştatlarını əhatə edir. Bu vəziyyət onun reputasiyasına mənfi təsir göstərir”. 

Bu fikirləri TodayPress TV-yə açıqlamasında siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib.  


Onun sözlərinə görə, ABŞ-də seçki dövrünün başlaması və Donald Trampın reytinqinin azalması ölkədə siyasi balansı dəyişə bilər:  

“Noyabr ayında praymeriz seçkiləri keçiriləcək. Bu amil ümumilikdə respublikaçıların mövqelərinə mənfi təsir göstərə bilər. Ümumiyyətlə, tarixən müşahidə etmişik ki, ABŞ-də prezidentin təmsil olunduğu partiya Konqresə keçirilən seçkilərdə çox vaxt məğlub olur. Yəni əksər hallarda müxalifət partiyası Konqresdə üstünlük qazanır. Başqa sözlə, ABŞ-də tez-tez elə vəziyyət yaranır ki, Konqresdə bir partiya üstünlük təşkil edir, prezident isə digər partiyanın nümayəndəsi olur. Bu baxımdan, Trampın reytinqinin aşağı düşməsi gələcək seçkilərdə demokratların üstünlük qazanmasına şərait yarada bilər”.    

Politoloq əlavə edib ki, mart ayında keçirilən rəy sorğularına əsasən, Trampın reytinqi əhəmiyyətli dərəcədə azalaraq rekord aşağı səviyyəyə enib və təxminən 36-41 faiz arasında dəyişir. Bu da elektoratın ona olan etimadının ciddi şəkildə azaldığını göstərir:

“Bu baxımdan demək olar ki, demokratların Konqres seçkilərində qələbə qazanmaq imkanları onsuz da kifayət qədər yüksək idi, lakin Trampın siyasətinə qarşı keçirilən etiraz aksiyaları onun nüfuzunun daha da azalmasına səbəb ola bilər. Eyni zamanda, məsələyə ABŞ-nin siyasi reallıqları kontekstində yanaşmaq lazımdır. ABŞ siyasi sistemində etiraz aksiyaları ictimai mövqeyin ifadə olunmasının normal formalarından biridir. Nəticələri isə əsasən institusional mexanizmlər müəyyən edir. Buna görə də demək olmaz ki, bu gün keçirilən kütləvi etirazlar Trampın siyasi karyerasının mütləq sonu olacaq. Belə bir iddia doğru olmazdı, çünki ABŞ reallıqları daha mürəkkəb və çoxşaxəli yanaşma tələb edir”.

Siyasi şərhçi vurğulayıb ki, əgər İrana qarşı aparılan hərbi gərginlik uzanarsa, bu həm dünya, həm də ABŞ iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edərsə, bu da Trampın reytinqinə və nüfuzuna mənfi təsir göstərə bilər:

“Ümumilikdə, bir sıra amillər mövcuddur. Tramp artıq daxili siyasi müstəvidə müəyyən güzəştlərə getmək məcburiyyətində qalıb. Məsələn, miqrasiya ilə bağlı bəzi qərarlarından qismən geri çəkilib. Bütün bunlar göstərir ki, o da mövcud vəziyyətin ciddiliyini anlayır. Hesab etmək olar ki, ABŞ-də keçirilən kütləvi etiraz aksiyaları onun siyasi qərarlarında müəyyən korrektələr etməsinə də səbəb ola bilər”, - deyə E.Mirbəşiroğlu fikrini tamamlayıb.

Qeyd edək ki, nümayişlərdə ümumilikdə təxminən 8 milyon insan iştirak edib. Etirazçılar Trampı demokratik institutları zəiflətməkdə və hakimiyyəti həddindən artıq mərkəzləşdirməkdə ittiham ediblər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Bütün Xəbərlər