"Şovinist dairələr bizə başqa seçim buraxmadı" – “Washington Post” nəyi təsdiqləyir?

"Şovinist dairələr bizə başqa seçim buraxmadı" –  “Washington Post” nəyi təsdiqləyir?
26.01.2026 15:53

“ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq yüksək səviyyəyə çatıb”.

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz "Facebook" hesabında yazıb.   


O qeyd edib ki, nüfuzlu “Washington Post” qəzetində İran və Güney Azərbaycanın gələcəyi barədə dərc olunmuş məqalə Ağ Evin İran siyasətinin “yol xəritəsi”ni müəyyənləşdirməsi baxımından faydalıdır:     

“Məqalədə İranda farsların əsasən Tehran və İsfahan ətrafındakı mərkəzi ərazilərdə cəmləşdiyi, ölkənin sərhəd boyu ərazilərində isə digər xalqların, o cümlədən azərbaycanlıların üstünlük təşkil etdiyi qeyd olunur”.   

Analitik bildirib ki, məqalənin müəllifi İranda yaşayan azərbaycanlıların Türk-Azərbaycan kimliyinə daha çox maraq göstərdiyini, Azərbaycanın isə Avropa ilə inteqrasiyaya can atdığını və NATO standartlı ordusu olduğunu vurğulayır. O, Azərbaycanın dünyəvi dövlət olmasından zövq aldığı bir vaxtda, İslam Respublikasının iqtisadi uğursuzluq və təcrid şəraitində olduğunu xatırladır:

“Müəllif qeyd edir ki, İranda şiddətli daxili münaqişə baş verərsə, böyük ehtimalla Azərbaycan və Türkiyə İrandakı soydaşlarını qorumaq üçün müdaxilə etmək məcburiyyətində qala bilər”.

Politoloq vurğulayıb ki, müəllif başqa bir önəmli nəticəyə də gəlib: 

"Onun sözlərinə görə, İranda yaşayan azərbaycanlılar yalnız indiki rejimlə deyil, həm də fars millətçi diktaturasının əleyhinədirlər. Bu, azərbaycanlıların keçmiş şahın oğlu Rza Pəhləvinin hakimiyyətə qayıdışı əleyhinə olduqlarına işarədir".

Ekspert diqqətə çatdırıb ki, məqalədə Vaşinqtonun İranla bağlı planlar qurarkən Azərbaycan Prezidenti İlham Əliyevlə məsləhətləşmənin vacibliyi də vurğulanıb.

E.Şahinoğlu həmçinin bildirib ki, ABŞ-Azərbaycan tərəfdaşlığı güclənir: 

"ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq yüksək səviyyəyə qalxıb. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevral ayında Azərbaycana və Ermənistana səfər edəcək. Tramp paylaşdığı son statusda Azərbaycanla tərəfdaşlığı gücləndirmək istədiyini bildirib. Ağ Ev sahibinin sözlərinə görə, ABŞ Azərbaycana müdafiə avadanlıqları satmağı planlaşdırır".

Onun qənaətincə, ABŞ ilə tərəfdaşlığı gücləndirmək Azərbaycanın zəruri seçimidir: 

"Rusiya və İranda şovinist dairələr bizə başqa seçim qoymayıb. İran mühafizəkarları “Zəngəzur dəhlizinə qarşıyıq”dediyi dönəmdə Vaşinqton “Zəngəzur dəhlizi olacaq”deyərək ötən ilin avqustun 8-də Ağ Evdə müvafiq sazişi imzalayıb".

O sonda əlavə edib ki, İran yalnız hədələrlə çıxış edir: 

"İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycana səfəri zamanı “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq” sözləri ilə təhdid edərkən, Donald Tramp “Azərbaycanla tərəfdaşlığı gücləndirəcəyik” deyir. Belə olan halda ABŞ ilə əməkdaşlığa üstünlük vermək əsaslıdır. Qonşularla təhdid dili ilə danışmağa davam edən İran isə dəyişikliklərə məhkumdur. Bunu yalnız bir qonşu ölkədəki mühafizəkarlar anlamır, anlayanlar isə müxtəlif ssenarilərə hazırlaşırlar. “Washington Post” qəzetində dərc olunan məqalə bunu təsdiqləyir".

Jalə Rövşən

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 Сообщение от Ираолы об Исаке: «Он станет одной из ключевых фигур сезона» 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Все новости