Rusiya Venesuelanı da QURBAN VERDİ...

Rusiya Venesuelanı da QURBAN VERDİ...
04.12.2025 17:04

ABŞ və Venesuela arasında günü-gündən gərginlik artır. İddialara görə, ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduroya son xəbərdarlıq edərək onun ölkəni tərk etməsini istəyib.


İki ölkə arasında gərginliyin davam etdiyi vaxtda Rusiya Prezidenti Vladimir Putinin əmri ilə rusiya vətəndaşlarının Venesueladan təxliyəsinə başlanıb. Məlumatlara görə, bu məqsədlə Venesuelaya Rusiyadan xüsusi uçuşlar təşkil olunur. Rusiya mediasında yayılan və beynəlxalq rezonans doğuran bu xəbər müzakirələrə səbəb olub. Rusiyanın ABŞ-nin qarşısında Venesuelanı tərk etdiyi barədə fikirlər irəli sürülür.

Maraqlıdır, Rusiya İran və Suriya kimi Venesuelanı da öz taleyinə buraxacaq?  

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Əli Orucov Rusiyanın müttəfiqlərini və dostlarını öz maraqları naminə qurban verməsinin ilk olmadığını qeyd edib:


“Rəsmi Moskva dəfələrlə bu acı təcrübədən istifadə edib. İran rejimi və Suriya rejimi ilə də eyni formada davranıb. Məlumatlar var ki, bir vaxtlar arxasında durduğu və dəstəklədiyi devrilmiş prezident Bəşər Əsədi indi bazarlığa çıxarıb. Venesuela–ABŞ gərginliyi fonunda Rusiyanın öz vətəndaşlarını çıxarması Karakasda da birmənalı qarşılanmayıb. Hətta bu addım narazılıq və güvənsizlik də yaradıb.

ABŞ hələ sabiq prezident Cozef Baydenin dövründən Venesuelaya davamlı basqılar edərək zəngin təbii sərvətlərə malik bu Cənubi Amerika ölkəsini nəzarətinə almağa çalışırdı. Məlum olduğu kimi, Venesuela dünyada ən zəngin neft ehtiyatlarına malikdir. Büdcəsinin 60–70 faizi məhz neft və neft məhsullarının ixracından formalaşır. Karakasın ən yaxın tərəfdaşları Rusiya, Çin, Hindistan və Şimali Koreya kimi totalitar rejimlərdir. Hansıları ki, Birləşmiş Ştatlar özünün düşmənləri hesab edir”.

Ə.Orucov Vaşinqtonun Maduronu legitim prezident saymadığını bildirib. O qeyd edib ki, əvvəlki prezidentdən fərqli olaraq hazırkı ABŞ Prezidenti Donald Tramp Venesuelaya yönəlik siyasətini güc nümayişi ilə və daha sərt şəkildə yürüdür:


“Bu isə çox riskli və təhlükəli situasiya yaradır. Hadisələrin axarı hərbi toqquşma variantını da istisna etmir. Doğrudur, genişmiqyaslı müharibə gözlənilmir. Bununla belə, Moskvanın yaranmış vəziyyətdə öz müttəfiqini taleyin ümidinə buraxması ciddi suallar doğurur”.

Analitik Kremlin nəyin müqabilində Maduronu tərk etdiyini açıqlayıb:  

“Ola bilsin, ABŞ Ukrayna güzəştinin əvəzində Venesuelanı alır. Rusiyanın Ukraynada ilişməsi və həddindən artıq ləngiməsi Kremli çətin və ağır duruma salıb. Onun barəsində formalaşmış mif dağılıb. Ona görə də Moskva üçün Maduro yox, Ukrayna lazımdır. Onsuz da Rusiya müttəfiqinə tutarlı dəstək vermək iqtidarında deyil.  

İki ən pis seçimdən nisbətən yaxşısı seçilməlidir. Görünür, Rusiya bu dəfə də boğulmamaq üçün Venesuelanı ayağının altına qoyur”. 

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Bütün Xəbərlər