Seçki hesabı: 102-ci BAZA QALIR — Paşinyan NƏ PLANLAYIR?

Seçki hesabı: 102-ci BAZA QALIR — Paşinyan NƏ PLANLAYIR?
27.02.2026 17:04

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 26-da Polşada diplomatik nümayəndələr və analitiklərlə keçirdiyi görüşdə ölkəsinin Rusiya ilə hərbi əməkdaşlığına dair diqqətçəkən açıqlama verib. 

O bildirib ki, Ermənistanın Rusiyaya məxsus 102-ci hərbi bazanın ölkədən çıxarılması ilə bağlı hər hansı planı yoxdur və rəsmi İrəvan Moskva ilə mövcud tərəfdaşlıq münasibətlərini davam etdirir. 


Paşinyanın sözlərinə görə, Ermənistan və Rusiya arasında iqtisadi və siyasi əlaqələr möhkəm olaraq qalır və iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. 

Bu açıqlama regionda baş verən geosiyasi dəyişikliklər, eləcə də Ermənistanın son dövrlərdə Qərblə münasibətlərini genişləndirməyə çalışdığı bir mərhələdə səsləndirilməsi baxımından diqqət çəkir.

Bəs Paşinyan 102-ci hərbi bazanı ölkədən çıxarmaq istəsə belə, bu nə dərəcədə mümkündür və belə bir addımın hansı nəticələri ola bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev Ermənistanın Baş nazirinin Polşada Rusiya ilə bağlı verdiyi açıqlamaların təsadüfi olmadığını deyib:


“Ölkədə iyun ayında parlament seçkiləri keçiriləcək və Rusiyanın bu seçkilərə müxtəlif vasitələrlə müdaxilə etməsi gözlənilir. Belə bir vəziyyətdə onun bu cür bəyanatlar vermə ehtimalı əvvəlcədən də gözlənilən idi. Ermənistandakı 102-ci baza müqavilə əsasında hələ uzun illər orada qalmalıdır. Eyni zamanda Avrasiya İqtisadi İttifaqında (Aİİ) təmsil olunduğundan Ermənistanın Rusiya ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığının olduğunu deməsi də normaldır”.

BƏS PAŞİNYAN NƏ DƏRƏCƏDƏ SƏMİMİDİR? 


E.Mustafayev Paşinyanın bu cür bəyanatları məcburiyyətdən verdiyi qənaətindədir:

“Onun üçün iyun ayındakı seçkiləri qazanmaq əsas prioritetdir. Seçkilərdən sonra dünyada baş verən beynəlxalq vəziyyətdən asılı olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) da çıxa, müxtəlif yollarla 102-ci baza ilə bağlı müqaviləni vaxtından əvvəl ləğv edə bilər. Hətta gələcək üçün iqtisadi təminatlar əldə edəcəyi halda Aİİ-dən də çıxa bilər”.


Ekspertin sözlərinə görə, əslində, Paşinyanın “Rusiya ilə isti münasibətlərin olması” ilə bağlı bəyanatına rəsmi Moskva inanmır və bunun situasiyaya uyğun səsləndirildiyini bilir:

“Ona görə də yaxın üç ayda Ermənistandakı seçkilərə maksimum şəkildə təsir etməyə cəhd edəcək. Əgər bu müdaxilə özünü ciddi şəkildə göstərəcəksə, o zaman Paşinyan hətta seçkidən əvvəl Polşada verdiyi açıqlamaların tam əksini səsləndirərək, Rusiya əleyhinə bütün istiqamətlər üzrə kampaniyaya başlaya bilər”.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Все новости