İsraildən ABŞ-yə təcili göndəriş: "İran qaçılmaz hücuma hazırlaşır"

İsraildən ABŞ-yə təcili göndəriş: "İran qaçılmaz hücuma hazırlaşır"
22.12.2025 17:55

İsrail ABŞ-ni İranın mümkün hücumu ilə bağlı xəbərdar edib. Məlumata görə, İsrail tərəfi İran İslam İnqilabı Keşikçiləri Korpusunun raket təlimlərini potensial hücuma hazırlıq kimi qiymətləndirir. İsrail Baş Qərargah rəisi Eyal Zamir bu narahatlığı ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuperə çatdıraraq müdafiə hazırlıqlarının əlaqələndirilməsini istəyib. ABŞ isə hazırda İranın qaçılmaz hücumu ilə bağlı təsdiqlənmiş kəşfiyyat məlumatlarının olmadığını bildirir.

Maraqlıdır, İran mövcud vəziyyətdə hücuma keçə bilərmi? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Sədrəddin Soltan bildirib ki, ABŞ, İran və İsrail arasında atəşkəslə bağlı heç bir rəsmi müqavilə və ya hüquqi sənəd mövcud deyil.


Onun sözlərinə görə, mövcud atəşkəs faktiki olaraq ABŞ-nin təşəbbüsü ilə formalaşıb və İsrail İran ərazisində hərbi obyektlərin, hərbi sənaye infrastrukturlarının vurulduğunu, ABŞ ilə  koordinasiyada hərbi liderlərin sıradan çıxarıldığını, eləcə də bir sıra atom fiziklərinin öldürüldüyünü nümayiş etdirir.


Analitik qeyd edib ki, risk daha çox İranın "Hizbullah" üzərindən cavab addımlarına yönəlib. Bu şəraitdə İsrailin yaxın vaxtda İrana yenidən genişmiqyaslı hücumu üçün ciddi əsas görünmür; ehtimallar İranın Livandakı Hizbullah vasitəsilə cavab zərbələrinə üstünlük verəcəyini göstərir. Tehran "Hizbullah"ı birbaşa və ya dolayı yolla silahlandırmaqla İsrailin bu təşkilatın tərksilahına yönəlmiş əməliyyatlarını zəiflətməyə cəhd göstərə bilər.


Ekspert vurğulayıb ki, Hizbullahın aktivləşməsi ABŞ-nin prosesə müdaxilə riskini də artırır. Hazırkı siyasi-hərbi vəziyyətdə İsrail İranın açıq hücumuna yol verməməyə çalışsa da, atəşkəs hüquqi və siyasi təminata söykənmədiyindən yeni toqquşmalar ehtimalı qalmaqdadır.


Sədrəddin Soltan sonda əlavə edib ki, nə qədər ki, İran ABŞ ilə  danışıqlar masasına oturmayıb, Avropanın aparıcı üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya ilə intensiv diplomatik prosesə başlamayıb, Qəzza zolağında HƏMAS-ın və Livanda "Hizbullah"ın tərksilahı məsələləri həllini tapmayıb, bölgədə müharibə təhlükəsi gündəmdə qalacaq.

 Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Bütün Xəbərlər