İranda hicab tarixə qovuşur? - AÇIQLAMA

İranda hicab tarixə qovuşur? - AÇIQLAMA
06.10.2025 18:15

İranda uzun sürən mübarizədən sonra hicabla bağlı qanun ləğv edilib. 

Belə ki, İran mediasının yaydığı məlumata görə, bu barədə İranın Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər bildirib.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan TodayPress TV-yə açıqlamasında bildirib ki, Bahonərin bu bəyanatı təsadüfi deyil və Tehran hakimiyyətində bu məsələ ilə bağlı yumşalma siyasətinin göstəricisidir.

Onun sözlərinə görə, Bahonərin fikirləri təkcə şəxsi mövqe deyil, həm də parlament və Dini Ekspertlər Şurası kimi əsas institutların razılığı ilə səsləndirilmiş ola bilər:

"Məsləhət Şurası 46 ildir ki, qüvvədə olan hicab məcburiyyətinin hüquqi zərurətini aradan qaldırmaqla bağlı mesaj verir. Bu, həm cəmiyyətin təzyiqlərinə reaksiya, həm də daxili sabitliyi qorumaq cəhdidir".

Ekspert qeyd edib ki, 2022-ci ildə “Qadın, həyat, azadlıq” şüarı ilə başlayan etirazlar qadınların ictimai-siyasi fəallığının artmasına və məcburi hicab siyasətinə qarşı ictimai müqavimətin güclənməsinə səbəb olub:

"İndi hakimiyyət "şişi də, kababı da yandırmamaq" siyasəti yürüdür. Hicabın ləğvini açıq elan etməsə də, onun tətbiqini səssizcə dayandırmaqla həm etirazların qarşısını alır, həm də ideoloji dayaqlarını tam sarsıtmamaq istəyir".

Siyasi şərhçi hesab edir ki, Tehran bu addımı ilə həm də cəmiyyətin nəbzini ölçür:

"Əgər ictimai narazılıq baş qaldırmasa, hicabın məcburiliyi faktiki olaraq tarixə qovuşacaq. Artıq İranda hicabsız qadınların görünməsi adi hal alıb və bu, hakimiyyətin də qəbul etdiyi reallığa çevrilir. Hələ 2024-cü ilin Prezident seçkisində təbliğat kampaniyası zamanı indiki Prezident Məsud Pezeşkian hicab qaydalarının məcburiliyinə qarşı çıxış edib".

Sədrəddin Soltan son olaraq qeyd edib ki, hicab məsələsindəki bu dəyişikliklər İranın daxili siyasətində ideoloji dönüş nöqtəsi ola bilər.

Qeyd edək ki, 1979-cu ildə baş verən İslam İnqilabından sonra Ayətullah Ruhullah Xomeyni ölkədə İslam dəyərlərinə əsaslanan idarəçiliyi bərqərar edib. Həmin ilin martında Xomeyni dövlət idarələrində çalışan qadınlara hicab taxmağı tövsiyə edib. Bu mərhələdə hicab rəsmi olaraq məcburi olmasa da, ictimai təzyiq və dini-ideoloji çağırışlarla qadınların başlarını örtməsi təşviq edilirdi.

1983-cü ildə İran parlamenti tərəfindən qəbul olunan qanuna əsasən, hicab bütün qadınlar üçün məcburi edilib və qadınlar ictimai yerlərdə başlarını örtmədikləri halda cəza ilə üzləşirdilər.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

İranda hicab tarixə qovuşur? - AÇIQLAMA — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 Bütün Xəbərlər