Moskva Krım uğrunda ölümünə savaşa girir

Moskva Krım uğrunda ölümünə savaşa girir
24.06.2026 10:50

Rusiya üçün Krım Vladimir Putinin hakimiyyət dövrünün ən böyük rəmzi və Kremlin "əbədi torpaq" kimi təqdim etdiyi siyasi xəzinədir. Elə 2022-ci ildə başlayan müharibənin əsas hədəflərindən biri də yarımadanı quru yolu ilə Rusiyaya birləşdirmək idi. İndi mənzərə göstərir ki, Moskva artıq Krımı əlində saxlamaq üçün hər şeyini ortaya qoyur.

Sevastopol hərbi dəniz bazası, cənub cəbhəsinin logistika mərkəzi və Ukraynanı vuran raket-dron platforması olan bu yarımadanın itirilməsi və ya tam blokadaya düşməsi Kreml üçün hərbi iflasla bərabər, həm də siyasi fəlakət deməkdir. Bu səbəbdən Moskva eyni vaxtda həm paytaxtı, həm Krımı, həm də cəbhə xəttini qorumağa çalışsa da, Ukraynanın ardıcıl zərbələri bu planı pozur.

İyunda Krımda yaranan kəskin yanacaq böhranı vəziyyətin nə dərəcədə kritik olduğunu deyir.

Ukrayna ordusunun Kerç körfəzinə, Mariupol istiqamətindəki quru dəhlizinə və neft anbarlarına endirdiyi zərbələr nəticəsində yarımadada mülki əhaliyə benzin satışı dayandırılıb, yanacaq yalnız hərbçilərə və dövlət qurumlarına paylanır.

Bu isə kilometrlərlə uzanan növbələrə, işıq kəsintilərinə və turizm mövsümünün tamamilə batmasına yol açıb. Rusiya daxilindəki neft emalı zavodlarının vurulması ümumi istehsalı rəsmən aşağı salıb və cəbhədəki rus qoşunlarının hücum tempini zəiflədib. İndi Kreml çox çətin bir seçimlə üz-üzədir. Putin bilmir, paytaxtı qorusun, Krımı saxlasın, yoxsa cəbhədə irəliləsin...

Rusiyanın S-300 və S-400 hava hücumundan müdafiə sistemləri Ukrayna dronlarının hədəfinə çevrilərək ciddi şəkildə sıradan çıxıb.

Elektron müharibə sistemləri birtəhər vəziyyəti idarə etməyə çalışsa da, real raket ehtiyatını əvəz edə bilmir. Buna görə də Baş Qərargah hava hücumundan müdafiə qüvvələrini yalnız ən strateji nöqtələrə — Moskvaya, Kerç körpüsünə və əsas neft zavodlarına çəkir, qalan bölgələr isə müdafiəsiz qalır.

Baş Qərargah rəisi Valeri Gerasimovun siyasi rəhbərliyə bütün istiqamətləri eyni vaxtda qorumağın qeyri-mümkünlüyü barədə hesabat verməsi gözlənilir.

Bütün bunlara rəğmən, Moskva Krım uğrunda  axıra qədər gedəcək. Çünki yarımada əldən çıxsa, müharibənin heç bir ideoloji mənası qalmır. Cənubdan rus ordusu mühasirə daxilində logistikasız qalır.

Ukrayna bunu hədəfləyir: Krımı sanksiyalar və zərbələrlə  "ada"ya çevirmək, Rusiyanı daxildən tükəndirmək. Rusiyanın hələ də böyük ətdən divarı və hərbi potensialı olsa da, Krım artıq Moskva  üçün həm əsas güc rəmzi, həm də müharibənin taleyini həll edəcək ən zəif, ən baha başa gələn nöqtədir. 

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
24 июня 2026
İran Amerikaya təşəkkür etdi: Bütün dünya bu məktubdan danışır 13:02 Xüsusi karantin rejiminin müddəti uzadıldı 13:00 Qərbi Azərbaycan festivalı iranlıları özündən çıxartdı 12:55 Qalibaf Bakıda hər şeyi danışdı - Biz buna hazırıq... 12:47 Eduard Mendi İraqla matçda oynamayacaq 12:49 Qızıl almaq istəyənlər DİQQƏT! Qiymətlər ucuzlaşmağa davam edir 12:34 Türk dünyası bir araya gəlir: Şuşada ilk böyük... 12:19 Moskvada işlər qarışdı: Lavrov ABŞ-dən küsdü 12:09 “Qan itirən uşağa qan köçürülmədi” – Övladını itirmiş ata həkimlərə irad bildirdi 12:05 Enerji birjasında son qiymətlər - Təbii qaz getdikcə ucuzlaşır 12:01 Rusiya qaranlığa qərq oldu: Bu ərazilər işıqsız qaldı - VİDEO 11:56 Ukrayna Rusiyanın "nəfəs borusu"nu kəsməyə davam edir 11:46 Prezident: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik 11:22 İƏT PA-ya sədrlik İndoneziyadan Azərbaycana keçdi 11:18 Bakıda cərrah qadının üzünü əməliyyat etdi, dərisi cırıq-cırıq olub, soyuldu 11:12 AMB-dən uçot dərəcəsi ilə bağlı mühüm qərar 11:07 İlham Əliyev: Azərbaycan İslam dəyərlərinin qorunmasına böyük önəm verir 11:03 Prezident İslam irsinə qarşı törədilmiş cinayətlərdən danışdı 11:00 Moskva Krım uğrunda ölümünə savaşa girir 10:50 Azərbaycan nefti enişə davam edir - Son qiymət AÇIQLANDI 10:44 Məscidlərimizə donuz doldurdular, "Qurani-Kərim"i yandırdılar - Prezidentdən dünya müsəlmanlarına müraciət 10:34 ADY bilet satışı ilə bağlı iddialara cavab verdi 10:29 Rusiya ifşa edildi — Xəzəri qurudurmuş 10:19 Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq 10:18 Bakıda səfərdə olan Qalibafın təyyarəsindəki o mesaj - FOTO 10:10 Все новости