Abituriyentlər üçün VACİB XƏBƏR: II və III qrup üzrə dövlət sifarişi yerləri məlum oldu!

Abituriyentlər üçün VACİB XƏBƏR: II və III qrup üzrə dövlət sifarişi yerləri məlum oldu!
10.08.2026 21:45 Elm və Təhsil

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə II və III ixtisas qrupları üzrə dövlət sifarişi ilə ayrılmış plan yerlərinin sayı məlum olub.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat "Abituriyent" jurnalının 4-cü sayında əks olunub.

Bildirilib ki, II ixtisas qrupu üzrə ümumilikdə 4 185 dövlət sifarişli plan yeri ayrılıb. Ən çox dövlət sifarişli plan yeri İqtisadiyyat (680), Turizm işinin təşkili (550), Maliyyə (550) və Mühasibat (500) ixtisasları üzrə ayrılıb. Marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi, turizm işinin təşkili, mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.

Məlumata görə, III ixtisas qrupu üzrə ümumilikdə 4 218 dövlət sifarişli plan yeri ayrılıb. Ən çox dövlət sifarişli plan yeri hüquqşünaslıq (600) və xarici dil müəllimliyi (460) ixtisasları üzrə, ən az dövlət sifarişli plan yeri isə ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisası üzrə ayrılıb. Bu ixtisas üzrə cəmi 25 dövlət sifarişli yer nəzərdə tutulub. Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Qeyd edilib ki, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır. Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) "Tərcümə (dillər üzrə)", "Filologiya (xarici dil və ədəbiyyat üzrə)", "Xarici dil müəllimliyi (dillər üzrə)" və "Beynəlxalq münasibətlər" ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

Regionşünaslıq (regionlar üzrə) Muzey, arxiv işi və abidələrin qorunması, sosial iş, ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Pezeşkianla Xamenei görüşdə nələr danışdılar? 22:33 Tramp bu ölkələrin adlarını çəkərək İrana çağırış etdi: “Cavab verilməlidir!” 22:17 "Liverpul" "Barselona"nın müdafiəçisini icarəyə götürdü! 21:52 Sülhün birinci ildönümündə Tramp üçün tarixi təklif - BİRGƏ BƏYANAT 22:01 Kolumbiyada can itkisi artmaqda davam edir - Son rəsmi rəqəmlər 20:32 Abituriyentlər üçün VACİB XƏBƏR: II və III qrup üzrə dövlət sifarişi yerləri məlum oldu! 21:41 Sürücülərin DİQQƏTİNƏ! - Bakının bu 3 küçəsində hərəkət BAĞLANIR 21:35 Azərbaycan XİN Kolumbiyaya başsağlığı verdi 21:28 Odessada hərbi təyyarə YERƏ DÜŞDÜ, pilot son anda xilas oldu! 21:25 ABŞ-də 175 mindən çox viza LƏĞV EDİLDİ 21:17 İraqda 6 milyon silah qeydiyyata alındı, 71 saxta mərkəz bağlandı 21:05 İran və Oman Hörmüz boğazında təhlükəsiz keçidi müzakirə edir 20:57 Tramp Tehrana ŞƏRT QOYDU: "İran öldürdüyü insanlara görə təzminat ödəsin!" 20:47 Nijnekamska PUA HÜCUMU: Özbəkistanın 7 vətəndaşı həlak oldu 20:40 Zəlzələdən sonra Kolumbiyada sunami təhlükəsi var? 20:20 Namik Ələskərov yenidən "Kəpəz"də! 20:09 Yasamalda yanğın baş verdi 20:02 Ərdoğan: Türkiyə və Avstriya arasında əməkdaşlıq üçün böyük potensial var 19:49 İranda boş qalan postlar dolduruldu - SİYAHI 19:26 İsrail qüvvələri Livanın cənubunda partlayışlar törədir 19:36 Hörmüz boğazında gəmi hərəkəti kəskin AZALDI 19:18 Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır 19:10 Moldova Moskvadakı səfirini GERİ ÇAĞIRDI - Səbəb nədir? 19:02 "İranı diz çökdürə biləcəklərini düşündülər, lakin..." - Pezeşkian 18:52 Kolumbiyada zəlzələ səbəbindən hava limanları BAĞLANDI 18:43 Bütün Xəbərlər