İranla BÖYÜK TOQQUŞMA hazırlığı? - Avstraliyadan GÖZLƏNİLMƏZ MANEVR!

İranla BÖYÜK TOQQUŞMA hazırlığı? - Avstraliyadan GÖZLƏNİLMƏZ MANEVR!
03.04.2026 13:22

Avstraliya Yaxın Şərqə xüsusi təyinatlı qüvvələr göndərib. Daha əvvəl  Avstraliyanın Baş naziri Entoni Albanese dəfələrlə ölkəsinin Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etməyəcəyini demişdi. 


Maraqlıdır,  Avstraliyanın bu addımı  nədən qaynaqlana bilər? 

Mövzunu politoloq Əli Mustafa TodayPress TV-yə şərh edib. 


Onun sözlərinə görə, beynəlxalq münasibətlər sistemində bəzən gerçəklər mətbuata açıq olmur: 

"Dövlətlərin maraqları və əməkdaşlığı çox hallarda cəmiyyətə təqdim olunan vəziyyətdən fərqli olur. Yəni qapalı səviyyədə mövcud olan gerçəklik, görünən vəziyyətdən fərqli ola bilər". 

Analitik qeyd edib ki, hazırda NATO üzvü olan dövlətlər İran məsələsində ABŞ ilə  eyni mövqedə deyillər:


"Bu, o demək deyil ki, qapalı görüşlərdə və ya cəmiyyətin bilmədiyi səviyyədə hər şey göründüyü kimidir. Məsələn, mən Böyük Britaniyanın və Avstraliyanın son 100 il ərzində ABŞ ilə demək olar ki, hər zaman eyni blokda olduğunu xatırlayıram. Mümkündür ki, bu gün də onların arasında müəyyən ciddi razılaşmalar və öhdəliklər mövcuddur". 

Politoloq nəzərə çatdrırıb ki, Bəsrə körfəzinin bağlanması və oradan neft ixracının məhdudlaşdırılması region dövlətlərinə, o cümlədən Avstraliyaya da təsir edir: 

"Bildiyim qədər, Avstraliya həmin bölgədən neft alan dövlətlərdəndir. Odur ki, aydın məsələdir ki, bu dövlətlərin maraqları tələb etdikdə, onlar münaqişəyə də qoşula, koalisiyada iştirak edə bilərlər. Hazırda isə məsələ bir qədər qeyri-müəyyəndir. Ola bilsin müəyyən razılaşmalar var, amma hələlik mətbuata sızmayıb". 

Əli Mustafa vurğulayıb ki, əgər ABŞ ora quru qoşunları ilə daxil olarsa, mümkündür ki, bəzi dövlətlər onu dəstəkləsin: 


"Təhlükəsizlik mülahizələri əsasında Avstraliya öz qoşunlarını bölgəyə göndərə bilər. Hər halda, düşünürəm ki, Avstraliya belə bir addım atarsa, bunu Böyük Britaniya ilə razılaşdıraraq edəcək. Nəzərə alsaq ki, körfəzdə Britaniyanın da maraqları və təsir dairəsi mövcuddur, mümkündür ki, Britaniya və Avstraliya öz maraqlarını qorumaq üçün konkret addımlar ata bilsinlər".   

Analitik onların körfəz ölkələrinin təhlükəsizliyi ilə bağlı müəyyən işlər görə biləcəklərini qeyd edib: 

"Oraya qoşunların və xüsusi təyinatlıların göndərilməsi yalnız İranla münaqişə ilə əlaqəli olmaya, həm də onların maraq dairələrini qorumaq məqsədilə həyata keçirilə bilər. Məsələn, Böyük Britaniya artıq bəzi körfəz ölkələrinə hava hücumundan müdafiə sistemləri göndərir. Bu, ABŞ üçün deyil, öz maraqları üçün edilir. Beləliklə, Avstraliyanın da dövlət maraqları tələb edirsə, o, həmin bölgədə proseslərdə iştirak edə bilər". 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Все новости